Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva iki dəfə NATO-ya üzv olmaq niyyətini açıqlayıb, lakin hər iki müraciətə alyans tərəfindən mənfi cavab verilib. Prezident bu fikirləri Valday Klubunun Plenar Sessiyasında səsləndirib. Boyukmillet.com xəbər verir ki, Putin Qərbdə səsləndirilən “Rusiya NATO-ya hücum edə bilər” iddialarını tamamilə mənasız adlandırıb və bunun “boş söz” olduğunu deyib. O, beynəlxalq münasibətlərdə yeni mərhələnin başlandığını vurğulayaraq …
Read More »Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb. Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb. Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib. …
Read More »Prague Civil Society Centre Formula-1 yarışları fonunda Azərbaycanda jurnalist həbslərini pisləyib
Prague Civil Society Centre (Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi) Azərbaycanda AbzasMedia jurnalistlərinin həbsləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, dünyadan minlərlə tamaşaçının izlədiyi Formula-1 yarışları Bakıda keçirildiyi vaxt, AbzasMedia-nın əməkdaşları həbsdə saxlanılmaqda davam edir: 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor …
Read More »Dövriyyəsi 10 milyon manatdan çox olan onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən mütəşəkkil dəstənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri …
Read More »“Vüsal 300” kimi tanınan iş adamı həbs edilib
“Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilib. Boyukmillet.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Vüqar Nağıyev sədrliyi keçirilən prosesdə Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xətai rayon Prokurorluğu tərəfindən Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bundan qabaq isə V. Abbasov Cinayət …
Read More »“Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyən qüvvələr var” – SƏFİR
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünin iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin media əməkdaşlığı, informasiya mübadiləsi və gələcək planlar müzakirə olunub. Mətbuatla diplomatiyanın bir araya gəldiyi toplantıda son günlər Türkiyə mediasında Azərbayacana qarşı yer alan qərəzli və yanlış informasiya siyasətilə bağlı fikir mübadiləsi aparılıb, …
Read More »Gürcüstanda 6 QHT: “Xarici agentlər” reyestrində qeydiyyatdan keçmək məcburiyyətində deyilik
Gürcüstanın 6 QHT-si bildirib ki, avqustun 11-də Korrupsiyaya Qarşı Mübarizə Bürosundan Xarici Agentlərin Qeydiyyatı haqqında Qanunun pozulduğu və həmçinin “xarici qüvvələrin maraqlarını təmsil edən şəxslərin” reyestrində niyə qeydiyyata alınmadıqları ilə bağlı izahat tələb edən növbəti məktub alıblar. QHT nümayəndələri onların müvafiq reyestrdə qeydiyyatdan keçmələrinin tələb olunmadığını təsdiq edən hüquqi sənədləri Korrupsiyaya Qarşı Mübarizə Bürosuna göndərəcəklərini bildiriblər. “Biz öz nizamnaməmiz əsasında …
Read More »Ermənistan silahlı qüvvələrinin əsirliyində olmuş azərbaycanlı: Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər
Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Boyukmillet.com xəbər verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi …
Read More »Deputat Cavanşir Paşazadənin oğlu Azərbaycanda “Espressolab” şirkəti açır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, bu, “Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev D1, mənzil 10 ünvanında yerləşir. “Espressolab Az” MMC-nin sayt domeni alınsa da, fəaliyyət istiqaməti açıqlanmayıb. Keçən il həmin …
Read More »Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edilib – ÖZƏL
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı olmuş Nazim Məmmədovun mərhum qardaşının ailə üzvləri külli miqdarda dələduzluqla üzləşiblər. Boyukmillet.com xəbər verir ki, generalın mərhum qardaşı Malik Məmmədovun xanımı aldadılıb. Əvvəlcə xatırladaq ki, Malik Məmmədov da uzun illər FHN-də vəzifə tutub. O, FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olub. Malik Məmmədov 2018-ci ildə ürək çatışmazlığından dünyasını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar