Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi saxlanılıb

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi, mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb.

Onunla bağlı Hərbi Prokurorluqda araşdırma başlanıb.

İlham Haqverdiyevə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub.

Təqdimata baxılacaq.

Müdafiə Nazirliyinin Abşeronun Gorədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi”adlanır.

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …