Daxili İşlər orqanlarında dəyişiklik olub. Boyukmillet.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Nemət Məmmədov DYPB-nin rəisi təyin olunub. Qeyd edək ki, DYPB-nin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə çıxıb.
Read More »“Bu vandalizm aktı Rusiya sülhməramlılarını belə dəhşətə gətirdi”
“Ermənistan hərbi-siyasi dairələrinin illərdir davam edən və məzmununda heç bir dəyişiklik etmədiyi siyasi “dünyagörüşü” 44 günlük müharibə çərçivəsində bir daha bariz şəkildə özünü göstərdi. Ermənistandan fərqli olaraq Azərbaycanın ənənələrə və təcrübələrə əsaslanan humanizm meyarları, aman diləyən, vaxt istəyən düşmənin bu baxımdan xahişinin nəzərə alınması ölkəmizin, dövlət başçısı İlham Əliyevin siyasi iradə və humanizm özəlliyini yenidən nümayiş etdirdi. Üçtərəfli bəyanat və …
Read More »İtkin düşən əsgər valideynləri etiraz aksiyası keçirdi – Video
İtkin düşmüş erməni əsgərlərinin valideynləri Ermənistanın müdafiə naziri David Tonoyanla və ya Baş Qərargah rəisi Onik Qasparyanla görüşməyi tələb edirlər. Boyukmillet.com xəbər verir ki, itkin düşənlərin qohumları xeyli sayda polislə dolu olan nazirliyin binası qarşısında etiraz aksiyası keçiriblər. “Mənim uşağım artıq 50 gündür ki, yoxdur. Uşaqlarımız üçün kim cavab verəcək?” – deyə əsgər anaları Müdafiə Nazirliyinin nümayəndələrindən cavab tələb ediblər.
Read More »İSBAM sədri Türkiyədə səfərdədir
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM)) sədri Samir Adıgözəlli Türkiyədə səfərdədir. İSBAM mətbuat xidmətindən verilən məlumata əsasən S.Adıgözəlli İstanbul və Kocaeli şəhərlərində bir sıra görüşlər keçirmişdir. O, İstanbulda diaspor fəalları ilə Kocaeli şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Fedarasiyonu, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində görüşlər keçirmişdir .Eyni zamanda İSBAM sədri Kocaeli böyükşəhər bələdiyyə başqanı, başqan vəkili, Kocaeli böyükşəhər Kültür mərkəzi başqanı, …
Read More »Türkiyənin Azərbaycana ordu göndərməsi ilə bağlı layihə parlamentə təqdim olunub
Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir. Boyukmilet.com “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Read More »Paşinyan: “İstefa verməyəcəm”
Ermənistanın baş naziri Nikol Paşiyan istefa verməyəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. “Mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur”, – N.Paşinyan noyabrın 16-da keçirdiyi mətbuat konfransında deyib. Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda atəşkəsə dair üçtərəfli …
Read More »Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan Domi kəndindən videoreportaj hazırlayıb. Boyukmillet.com həmin videoreportajı təqdim edir.
Read More »10 saat və 10 gün – Ermənistanla Azərbaycanın fərqi
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək təhvil verməli idi. Amma Ermənistan tərəfi bunun üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək, Rusiya prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb. Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı “Report”a açıqlama verən Milli …
Read More »Xankəndiyə daha 475 erməni qayıtdı: sonra?..
Ermənilər rus sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıtmağa davam edirlər. Boyukmillet.com qeyd edir ki, ermənilərin 2 gündür Xankəndiyə qayıtması ilə bağlı məlumatlar yayılır. Ancaq paralel olaraq onların ərzaq çatışmazlığı ilə üzləşdiyi də bildirilir. Ötən gün Rusiya mediası Xankəndiyə qayıdanların çörək belə tapmadığını əks etdirən görüntülər yaymışdı. Maraqlıdır ki. erməniləri zorla geri qaytaranlar onların nə ilə qidalanacağını, nə iş görəcəyini, harda işləyəcəyini qəti …
Read More »Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını söküb aparırlar
Kəlbəcər rayonunu tərk edən ermənilər növbəti vəhşiliyə əl atır. Boyukmillet.com-un məlumatına görə, işğal dövründə Kəlbəcərə köçürülən ermənilər evləri və ərazidəki meşə zolaqlarını yandırmaqla yanaşı, tarixi abidələrə də təcavüz edir. Ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastrını sökməyə başlayıb. Onlar monastrda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar. Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar