Şənbə , 7 Noyabr 2026

Gündəm

Məşhur fotoqraf Qubadlıda gördüklərindən dəhşətə gəldi – FOTOLAR

Dünyaca məşhur fotoqraf Reza Deqati Qubadlı rayonunun işğaldan azad edilmiş hissəsində çəkiliş aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə fotoqraf “Instagram” hesabında paylaşım edib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşadığını, ölkəmizdə qadınlara səsvermə hüququnun Fransadan 20 il əvvəl verildiyini qeyd edən fotoqraf Qubadlıda məsciddə qarşılaşdığı mənzərədən bəhs edib. “Məscidə daxil oldum, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxusu ağır idi. …

Read More »

Azərbaycanda 1 465 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 62 338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47 270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14 257 nəfərdir. Ölkədə son sutka ərzində 12 825, hazırkı dövrədək isə 1 417 …

Read More »

Araiklərin dağılan “idarəsi” – Qarabağ quldurlardan, kukla “hökumət”dən təmizlənir

Atalar sözüdür: “Hay-hayla gələn, vay-vayla gedər”. Bir də deyiblər: “Kələklə gələn küləklə gedər”. Ötən 27 ildə qurulan saxta rejimin Azərbaycan torpaqlarında fəaliyyətinin başa çatmasını bu atalar sözləri ilə daha aydın ifadə etmək olur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Qarabağın işğalı başlıca problemə çevrilmişdi. Torpaqlar işğalçılardan təmizləndikcə Azərbaycanın, o cümlədən Qarabağın gələcəyi ilə bağlı daha nikbin proqnozlar verilir. Qondarma və marionet …

Read More »

“Erməni diasporu xeyriyyə qurumları adı altında orduya vəsait toplayır” – Prezidentin köməkçisi

“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik – hər şey “Arsax” üçün” şüarı altında toplanır. ““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni …

Read More »

Hikmət Hacıyev: “Qubadlının məscidi donuzxanaya çevrilib”

“Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib”. “Boyukmillet.com” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb. “Biz UNESCO, ICESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə …

Read More »

Tvitterdə Ceyhun Bayramovun adına saxta hesab açılıb

“Nazir Ceyhun Bayramovun adına tvitterdə saxta hesab açılıb”. “Boyukmillet.com” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb. “Nazirin rəsmi hesabı budur: @bayramov_jeyhun”, – o əlavə edib. Hörmətli izləyicilər, Nazir Ceyhun Bayramovun adına twitter-də saxta hesab açılıb. Nazirin rəsmi hesabı️ @bayramov_jeyhun!

Read More »

Bu həftə ərzində 700-dən çox fərdi yaşayış evinə qaz verilib

Bakı, 6 noyabr, Boyukmillet.com Bu həftə ərzində 700-dən çox fərdi yaşayış evinə qaz verilib. “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, İB payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. Belə ki, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib. Bundan başqa …

Read More »

Paşinyan bu yolla müharibənin acı nəticələrindən yayınmağa çalışır – Detallar AÇIQLANDI

“Ermənistan illərdir ki, danışıqlar prosesini uzadıb, hər dəfə müəyyən bir irəliləyiş əldə olunanda hansısa bir bəhanə gətirərək əldə olunan razılaşmaların həlli prosesini pozublar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, danışıqlar prosesinin pozulmasında son nöqtəni Nikol Paşinyan Qarabağ Ermənistandır bəyanatı ilə qoydu: “O, bizim …

Read More »

Ombudsman Aparatından Xədicə ilə bağlı açıqlama

Hər iki valideynini itirmiş Xədicənin məsələsi Ombudsmanın daimi nəzarətindədir. “Boyukmillet.com” xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Məsələ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir. İlk gündən Müvəkkilin təşəbbüsü ilə zərərçəkmiş ailə …

Read More »

Moskvadan Yerevana daha 6 təyyarə reysi PLANLAŞDIRILIR

Rusiyanın paytaxtı Moskvadan Ermənistana 6 təyyarə reysi planlaşdırılır. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Moskvadakı Ermənistan səfirliyi açıqlayıb. Təyyarə reysləri noyabrın 11-i, 13-ü, 16-sı, 20-si, 23-ü və 27-sinə planlaşdırılır. Uçuşlar Yerevanın Zvartnots aeroprotuna həyata keçiriləcək.

Read More »