Şənbə , 27 Aprel 2024
Drone Cameras

Araiklərin dağılan “idarəsi” – Qarabağ quldurlardan, kukla “hökumət”dən təmizlənir

Atalar sözüdür: “Hay-hayla gələn, vay-vayla gedər”. Bir də deyiblər: “Kələklə gələn küləklə gedər”. Ötən 27 ildə qurulan saxta rejimin Azərbaycan torpaqlarında fəaliyyətinin başa çatmasını bu atalar sözləri ilə daha aydın ifadə etmək olur.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Qarabağın işğalı başlıca problemə çevrilmişdi. Torpaqlar işğalçılardan təmizləndikcə Azərbaycanın, o cümlədən Qarabağın gələcəyi ilə bağlı daha nikbin proqnozlar verilir.

Qondarma və marionet “Dağlıq Qarabağ Respublikası” “hökuməti” noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndindən Yerevana köçürülüb. Qanunsuz rejimin rəhbəri Araik Arutyunyanın (onun sağ olub-olmadığı dəqiq bilinmir -) adından yayılan açıqlamada bildirilib ki, Ermənistana köçürülən vətəndaşlar üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah” yaradılıb.

Bundan sonra həmin ermənilərin bütün sosial və başqa sahələrə dair məsələləri ilə Yerevanda yaradılan qərargah məşğul olacaq.

Boyukmillet.com

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …