“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Xatırladaq ki, …
Read More »Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU
Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Boyukmillet.com xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir. Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir. Qeyd edək ki, …
Read More »18 karatlıq qızıldan hazırlanmış unitaz hərracda 12,1 milyon dollara satılıb
18 karatlıq qızıldan hazırlanmış 100 kiloqramdan çox çəkisi olan “Amerika” adlı unitaz hərracda 12,1 milyon ABŞ dollarına satılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sotheby’s”in saytında məlumat yayılıb. İtalyanın konseptualist rəssamı Mauritsio Kattelan belə iki unitaz hazırlayıb. 2019-cu ildə onlardan biri oğurlanıb. Bundan əlavə, M.Kattelan ötən il hərracda satılan divara lentlə yapışdırılmış banan əsəri ilə də tanınır.
Read More »Baxçalıdan SENSASİON çıxış: “Lazım olarsa, İmralıya mən gedərəm”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında mühüm açıqlamalar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Baxçalı İmralıya gedilməsi müzakirələrinə də nöqtə qoyub. O, çıxışında deyib: “Hər kəs üç meymunu oynamağa davam edərsə, yanımda üç yoldaşımı götürüb İmralıya getməkdən çəkinmərəm”. Dövlət Baxçalı çıxışında bunları qeyd edib: “20 qəhrəman şəhidimizin hər birinə Uca Allahdan rəhmət …
Read More »Ali Məhkəmə Bəxtiyar Hacıyev barəsində QƏRAR VERDİ
Bir sıra cinayətlərdə təqsirləndirilən Bəxtiyar Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya …
Read More »Disident bir türkün portreti və ya Kırımoğlu Manifesti
Bu gün böyük bir Türk kişisinin doğum günüdür. Türk dünyasının, Krım tatarlarının əvəzolunmaz lideri Mustafa Kırımoğlunun 82 yaşı tamam olur. Onun timsalında biz sadəcə bir insanı deyil, bir ideyanı, bir mübarizəni, bir millətin sarsılmaz iradəsini anırıq. Kırımoğlu illərlə sürgündə yaşamış, amma içindəki azadlıq arzusunu heç vaxt itirməmiş bir disidentdir.O, öz xalqının haqq səsini dünyanın ən qəddar rejimlərinə qarşı ucaldan Türk …
Read More »“Böyük Qayıdış” proqramına 21,5 milyard manat xərclənib: nəticələr gözləntiləri doğruldurmu?
2025-ci ilin ilk doqquz ayında dövlət büdcəsi xətti ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 567 milyon manat vəsait xərclənib. İlin sonuna qədər bu xərcin 4,3 milyard manata çatacağı gözlənilir. İşğaldan azad olunmuş torpaqların bərpasına yönəldilən xərclər infrastruktur layihələrinin icrasına, ərazilərin minalardan təmizlənməsinə, həmçinin təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə aid sosial layihələrin həyata keçirilməsinə sərf olunub. Maraqlıdır ki, …
Read More »Mədəniyyət Nazirliyindən Azərbaycan bayrağına hörmətsizlik – Birini ixtisar etdilər – FOTO
Mədəniyyət Nazirliyi Bayraq Günündə Azərbaycan bayrağına qarşı hörmətsizlik edib. “Yeni Sabah” xəbər verir ki, qurum sosial şəbəkə hesabında əlamətdar günlə bağlı post paylaşıb. Nazirliyin Bayraq Gününə həsr olunan paylaşımında Azərbaycan bayrağı əksini tapıb. Amma təhrif olunmuş formada. Mədəniyyət Nazirliyi bayraqdakı 8 guşəli ulduzun birini ixtisas edib. Paylaşımda 7 ulduz əks olunub. Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür.
Read More »Avropa Məhkəməsi fəalın həbsinə görə Azərbaycan hökumətini cərimə edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbs olunması ilə bağlı iş üzrə qərar qəbul edib. Bu barədə fəal özünün “Facebook” səhifəsində yazıb. “AİHM 30 sutkalıq həbsimlə bağlı qərar çıxarıb. Mənim küçədən oğurlanıb, 30 sutka həbsimə görə Azərbaycan dövlətini, mənə 1125 avro təzminat ödəmək haqda qərar verib”. Fəal bildirib ki, qərar bu ilin fevralında verilsə …
Read More »Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması iddiası da ortaya çıxdı – Qəbələdən daha bir xəbər gəldi
Günlərdir ki, sosial şəbəkələrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun patronajlığı altında olan Qəbələ rayonunda Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı xəbər müzakirə mövzusudur. Kamallədin Heydərov Gununsesi.info-ya Qəbələdə Mehdiyevə əmlak və başqa bir hədiyyə etmədiyini deyib. Sitat: “Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
