Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (Semaşko) ağır xəstələrin daşınması üçün istifadə olunan xərəyin (katalkanın) tibbi standartlara uyğun olmadığı, onun PVC plastik boruların birləşdirilməsi ilə hazırlandığına dair görüntülər yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntülərlə bağlı “Qafqazinfo”ya Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, KTM-in Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə …
Read More »Fuad Nəcəfli elə… Ceyhun Cəlilov da belə..! – “Naxçıvan şəxsi biznes meydanı deyil!”
“Hörmətli səlahiyyətli nümayəndə Ceyhun müəllim, Naxçıvan şəxsi biznes meydanı və ya karyera tramplini deyil…” “DİA-AZ” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə ünvanlanmış müraciətində zamanında MR-da rəsmi qəzet hesab olunan “Şərq Qapısı” qəzetinin baş redaktoru olmuş Sara Əzimova qeyd edib.O daha sonra fikrini belə davam etdirir: “Axşam saatlarınadək işıqları sönməyən otaqlarınızda başqa-başqa şəxslərin adına yaradılmış şirkətlərin tenderlərdə iştirakı, dövlət …
Read More »Rusiya nəşri notaya görə Bakını hədəf aldı
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova Ukraynanın Nikolayev vilayətindəki SOCAR yanacaqdoldurma məntəqəsinə edilən dron hücumu ilə əlaqədar verilmiş etiraz notasına rəsmi Moskvanın hələ reaksiyası yoxdur. Boyukmillet.com xəbər verir ki, “Svobodnaya Pressa”(SP) nəşri bu olayla bağlı Bakını hədəf alıb. “İyunun sonu və iyulun əvvəlində Moskva-Bakı münasibətləri olduqca əlverişli bir fonda inkişaf edirdi”, – deyə siyasi analitik Mixail Neyjmakov “SP”ya açıqlamasında qeyd edib: “Məsələn, …
Read More »Arzum ləqəbli tiktoker məhkəmə zalında həbs olundu
Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə cəza verilib və o məhkəmə zalından həbs edilib. Bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub. Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini …
Read More »“Kiyev Post” Əli Kərimlinin həbsdəki vəziyyətindən yazdı: “Təcili tədbirlər görülməlidir”
Ukraynanın tanınmış ingilisdilli nəşri “Kiyev Post” Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə saxlanma şəraiti ilə bağlı ciddi narahatlıqların olduğunu yazıb.“Kiyev Post”un “Azərbaycan müxalifət lideri Əli Kərimlinin saxlanma şəraiti getdikcə daha da pisləşir” başlıqlı məqaləsində Əli Kərimlinin hüquqlarını müdafiə komitəsinin açıqlamalarına istinad edilir.Müdafiə Komitəsinin məlumatına görə, Əli Kərimlinin saxlanma şəraiti iyun ayının ortalarından etibarən əhəmiyyətli dərəcədə pisləşib. Komitə …
Read More »Erməni ilə riskli internet müqaviləsi
İmzalanmış sazişin gətirəcəyi üstünlüklər və risklər… “AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb. “AzerTelecom”dan verilən məlumata görə, razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək. Bu kimi razılaşmalar …
Read More »Tural Əliyev qardaşını nəzarət etdiyi quruma necə yerləşdirdi? – “İnqilabi dəyişiklik”liyin gerçək üzü
Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq… Yenixeberorg.com: Son üç ildə Azərbaycan QHT sektoru üzrə rəsmi tribunalardan, konfranslardan, iclas zallarından eyni sözlər eşidildi: şəffaflıq, hesabatlılıq, islahat, inkişaf. Bu sözlər hər toplantıda var. Lakin onların arxasında duran reallıq tamamilə başqa mənzərəni ortaya …
Read More »Mehdiyevlər bank sektorundan getmək istəmir – ŞOK TƏFƏRRÜAT
Bir dövr vardı ki, Azərbaycanda hansı iri biznesin, hansı strateji müəssisənin, hansı maliyyə institutunun arxasına baxanda Ramiz Mehdiyevin adı eşidilirdi. Bu gün isə tamam başqa mənzərə yaranıb. Ramiz Mehdiyev bu gün ev dustağıdır, barəsində dövlətə xəyanət ittihamı ilə istintaq aparılır. Vaxtilə Mehdiyevlərin əsas maliyyə dayaqlarından hesab edilən “Bank BTB” isə artıq bank deyil. Mərkəzi Bankın qərarı və həyata keçirilən yenidən …
Read More »Məşhur iş adamının ailəsinə qarşı 600 minlik şantaj – Həbs olunan var
Sumqayıt və digər şəhərlərdə biznes fəaliyyəti ilə məşğul olan “Qayalı” mağazalar şəbəkəsinin sahibi İdris Quliyevin ailəsi şantaja məruz qalıb. İş adamının oğlu Məhəmməd Quliyevdən hədə-qorxu yolu ilə 600 000 manat tələb olunub. Məhəmməd Quliyevi instaqram hesabı üzərindən hədələyən isə 1992-ci il təvəllüdlü Sumqayıt sakinidir. Belə ki, təqsirləndirilən şəxs instaqram hesabı vasitəsilə iş adamının oğluna mesaj yazaraq, özünü Sumqayıt şəhərində və …
Read More »Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova hökm oxunub. Prosesə hakim Aygün Qurbanova sədrlik edib. Məhkəmənin qərarı ilə Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, daha öncə dövlət ittihamçısı Səfərovun 9 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar