Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Azərbaycana gəlir

Sabah “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2021” ilə əlaqədar Türkiyədən 35 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Onların arasında qonşu ölkənin kənd təsərrüfatı nazirinin müavini də var. Bu barədə “Report”a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə danışıqlar aparılacaq, o cümlədən …

Read More »

Bu gündən Bakıda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır

Bu gün səhər saat 06:00-dan Bakıda şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Qeyd edilib ki, 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də …

Read More »

Pyer Qasli: “Bakıda podiuma çıxacağımı gözləmirdim”

“İnanılmazdır. Nə deyəcəyimi bilmirəm. Yarış möhtəşəm idi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan “Alpha Tauri” komandasının pilotu Pyer Qasli deyib. Fransalı sürücü Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: “Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır”. Qasli bugünkü yarışın çox çətin keçdiyini sözlərinə əlavə edib. Qeyd edək ki, Azərbaycan Qran-prisini “Red Bull”dan Serxio Peres qazanıb. …

Read More »

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Dünya çempionatının keçirildiyi Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş olub. ACF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə R.Abdullayev M.Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ölkə idmançılarının Yay Olimpiya …

Read More »

Bahar Muradova şəhid jurnalistlərlə bağlı xatirələrindən danışdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünün feysbuk səhifəsində Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovla bağlı xatirəsindən yazıb. Boyukmillet.com komitə sədrinin şəhidlərlə bağlı paylaşımını təqdim edir: “Hər ikisini də çoxdan tanıyırdım, xüsusilə Siracı. İlk dəfə ünsiyyətdə olduqdan sonra cox maraqlı təəssürat oyatmışdı …

Read More »

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi azərbaycanlı jurnalistlərin həlak olmaları ilə bağlı bəyanat yayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi jurnalistlərə, media mütəxəssislərinə və aidiyyəti şəxslərə silahlı qarşıdurma vəziyyətində olduğu kimi, hücumları qınayır və bu kimi təcrübələrə son qoymaq üçün bütün tərəflərə səslənir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycan jurnalistlərinin minaya düşərək həlak olmaları ilə bağlı yaydığı bəyanatda yer alıb. Bəyanatda qeyd olunub ki, silahlı münaqişə şəraitində mülki şəxslərin və digər …

Read More »

Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, ilk olaraq pilotların təqdimatı gerçəkləşib. Tədbir bir dəqiqəlik sükutla başlayıb. Bu, “Mclaren”in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maxs Moslinin ölümü ilə əlaqədardır. Sürücülərin təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq …

Read More »

“Formula 1”: Azərbaycan Qran-prisində əsas yarış başladı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb. Boyukmillet.com xəbər verir ki, təxminən 2 saat sonra yarışın qalibi bəlli olacaq. “Ferrari”nin sürücüsü Şarl Lekler iyunun 5-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. Günün ilk yarısında “Hitech Grand Prix”dən Yuri Vips “Formula 2″nin qalibi olub. Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz …

Read More »

SALEH MƏMMƏDOVUN ADINDAN istifadə edən işçisi keçmiş həyat yoldaşını təhdid edir?

Daxil olan sikayət ərizəsində AAYDA- məsul vəzifədə çalısan Pərviz Əliyevin kecmiiş həyat yoldaşı Süleymanova Kəmalə xanım ailə münaqişəsi zəmnində Pərviz tərəfindən ona və övladına qarşı törədilən haqsızlığa son qoyulması məqsədilə Cənab Prezident İlham Əliyevə, Birinci Xanım Mehriban Əliyevaya, elecə də Pərviz Əliyevin məsul vəzifə tutduğu AAYDA- nın rəhbərliyinə , xüsusi ilə AAYDA-nın sədri Saleh Məmmədova müraciət edərək ədalətin bərpa olunmasını …

Read More »

Şəhid jurnalist Məhərrəm İbrahimov torpağa tapşırılıb

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub. Boyukmillet.com xəbər verir ki, şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi başa çatıb. Şəhid jurnalistin cənazəsi dəfn olunması üçün Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa yola salınıb. M.İbrahimov valideynlərinin məzarı yanında …

Read More »