Cümə , 22 Noyabr 2024

Güney Azərbaycan

Güneyli milli fəal həbs edilib – FOTO

Bu gün səhər saatlarında səkkizə yaxın mülki geyimli hökumət muzdlusu Güney Azərbaycan Milli Hərəkatının fəalı Səyyad (Ovçu) Məhəmmədianın Kərəc şəhərindəki şəxsi evinə basqın edərək həbs edib. Boyukmillet.com xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən onun evi vəhşicəsinə qarət edilərək, bütün elektron cihazları, o cümlədən milli fəalın həyat yoldaşının mobil telefonu da müsadirə olunub. Qeyd edilib ki, hələlik milli fəalın həbsinin səbəbi …

Read More »

Azərbaycanlı müəllim həbsxanaya köçürüldü

Əlbürz əyalətində yaşayan azərbaycanlı müəllim Tahir Əsgərpur 4 aylıq həbs cəzasını çəklmək üçün Kərəc şəhərinin həbsxanasına köçürülüb. Bu barədə insan haqları fəalları məlumat yayıb. O, “kiber məkanda hakimiyyətə qarşı təbliğat”da günahlandırılıb. Həbs cəzası ilə yanaşı Əsgərpurun iki il müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyulub. Qeyd edək ki, fəal müəllimlərdən olan Əsgərpur, eyni halda bir neçə kitabın müəllifi və tərcüməçisidir. O, …

Read More »

Təbrizli tələbə qız həbs olundu – FOTO

Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb. Boyukmillet.com xəbər verir ki, təhlükəsizlik qüvvələri Pərəstu Fəridini atasının evində həbs edib, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər. Qeyd edək ki, tələbə qızın həbs edilməsinin səbəbi barədə heç bir açıqlama verilməyib.

Read More »

Cənubi Azərbaycan ana dilində təhsil tələbilə yenidən ayağa qalxdı…

İranda məktəblərin açılması fonunda Cənubi Azərbaycanda türk dilində təhsil qadağasına etiraz səsləri şəhərləri və sosial şəbəkələri yenidən bürüməyə başlayıb. Mədəni fəallar və “Traktor” komandasının azarkeşləri tərəfindən Urmiyə, Ərdəbil və Muğan kimi şəhərlər və bölgələrdə ənənəvi Azərbaycan türkcəsində kitab paylama kampaniyaları təşkil olunub. Ərdəbil və Urmiyə şəhərlərində məhəllələr və məktəblərin önündə məktəbli uşaqlara kitablar hədiyyə edilib. Görüntülərdə uşaqlara “Şirin dilim”, “Mən …

Read More »

Güneylilərdən antiterror tədbirləri ilə bağlı bəyanat

Xarici ölkələrdə yaşayan Güney Azərbaycandan olan milli fəallar Qarabağda həyata keçirilən antiterror tədbirlərini dəstəkləyirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə güneyli soydaşlarımızın yaydıqları bəyanatda bildirilib. Milli fəalların bəyanatında vurğulanıb ki, Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan hərbi birləşmələri son zamanlar təxribat fəaliyyətlərini genişləndirib, minalardan təmizlənən ərazilərdə partlayıcı vasitələr yerləşdiriblər. Bəyanatda qeyd olunub ki, erməni quldur dəstələrinin Xocavənd rayonunda basdırdıqları minaların partlaması …

Read More »

Güneyli fəal universitetdən qovuldu

Urmiya Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb. Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyi üçün cəzalandırıldığı bildirilib. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə …

Read More »

Təbrizdə tarixi bina uçdu

Təbrizdə yerləşən tarixi Kəlkətəçi evi Mədəni İrs Təşkilatının laqeydliyi nəticəsində uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Qacarlar dövrünə aid memarlıq nümunələrindən olan Kəlkətəçi evi 26 iyun 2005-ci ildə 11980 nömrə ilə İranın milli əsərləri siyahısında qeydiyyata alınıb. Ancaq müraciətlərə baxmayaraq, tarixi əsərin bərpası və qorunması üçün heç bir vəsait ayrılmayıb. Memarlıq nümunəsi avqustun …

Read More »

Güneyli ekofəal həbs edildi

Şərqi Azərbaycan əyalətinin Süngün mis mədəninin işçisi, ekofəal və işçi hərəkatı fəalı İsmayıl Heydəri həbs edilib. Boyukmillet.com xəbər verir ki, o, Vərziqan şəhərinin prokuroru Yasin Xakpəraqinin qərarı ilə saxlanılıb. Bildirilib ki, Heydəri ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə, işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edilib.

Read More »

Güneyli sənətçinin məhkəməsi keçirildi

Milli-mədəni fəal və sənətçi Məhəmmədrza Amani Nadarlının (Araz) Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərində məhkəməsi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial media fəalları məlumat paylaşıblar. Məlumata görə, Azərbaycan rəqsi müəlliminə qarşı “İran İslam Respublikasına müxalif olan qrup və təşkilatların xeyrinə təbliğat” ittihamı irəli sürülüb. Qeyd edək ki, “Mişoc Qartalları” mədəniyyət dərnəyinin məsulu olan Məhəmmədrza Amani bundan əvvəl mayın 21-də …

Read More »

Muğanda etiraz aksiyası keçirildi

Ərdəbil əyalətinin Parsabad (Muğan) şəhərində əkinçilər etiraz aksiyası keçiriblər. Boyukmillet.com xəbər verir ki, etirazçılar bu barədə sosial media kanallarında paylaşım ediblər. Təbii Sərvətlər İdarəsinin qarşısına toplaşan etirazçılar su kəsintiləri səbəbindən əkin və bağ sahələrinin susuzluqdan qurumasına etirazlarını bildiriblər.

Read More »