Güney Azərbaycan

Həbsdə olan güneyli müəllimin səhhəti pisləşdi

Tehranın Evin həbsxanasında saxlanılan müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb. Onun bağırsaq iltihabından əziyyət çəkdiyi, həbsxana rəhbərliyinin müalicəsinə icazə vermədiyi üçün həyatının təhlükədə olduğu bildirilir. Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə aprelin …

Read More »

Güneydə etiraz aksiyalarına çağırış edildi

Bir sıra Güney Azərbaycan təşkilatları Urmiya gölünün bərpa edilməməsi, gölün qurudulmasına etiraz aksiyasına çağırış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən təşkilatların birgə bəyanatında bildirilib. Aksiya ilə bağlı yayılan elanda avqustun 27-i, yerli vaxtla saat 17:00-da hər kəsin Təbriz, Tehran, Kərəc, Urmiya, Ərdəbil və Zəncan şəhərlərinin mərkəzi meydanlarına toplaşması istənilib.

Read More »

Güneydə ciddi kadr çatışmazlığı yarandı

Şərqi Azərbaycan əyalətinin sənaye də daxil olmaqla bir sıra sahələrində kadr çatışmazlığı yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə açıqlama verib. O, hazırda sənaye və istehsalat sahəsində azı 3 min kadrın çatışmadığını söyləyib. “Əyalətin mütəxəssisləri yaxşı gəlir əldə etmək üçün İraq və Pakistana mühacirət edirlər”.

Read More »

Türkiyədə Güney Azərbaycan bayrağı dalğalandırıldı

Türkiyənin Çanaqqala şəhərində Güney Azərbaycanın və qaşqayların milli mübarizə bayrağı dalğalandırılıb. Boyukmillet.com xəbər verir ki bu barədə “Azad İran” məlumat yayıb. Məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Türkiyənin Çanaqqala şəhərində şəhidlərin anım mərasimi ilə bağlı keçirilən tədbirdə milli fəallar Güney Azərbaycanın və qaşqay türklərinin milli mübarizə bayrağını dalğalandırıblar.

Read More »

Güneyli fəallar polis idarələrinə çağırılır

Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəal təhlükəsizlik idarələrinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə fəalların yaxınları məlumat yayıblar. Məlumata görə, Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurları fəallara zəng edərək onlardan bir sıra sualları cavablandırmaq üçün idarələrə gəlmələrini tələb ediblər. Həbs həyatı yaşamış, hazırda isə azadlıqda olan milli …

Read More »

Güney Azərbaycanda narkomanların sayı iki dəfə artdı

Narkomaniyanın az yayıldığı yer kimi təmiz bölgələr siyahısında birinciliyini qoruyan Güney Azərbaycanda son illər vəziyyət sürətlə dəyişməkdədir. Boyukmillet.com xəbər verir ki, bu dəyişimin səbəblərindən biri də Avropaya narkotiklərin daşınması üçün Güney bölgələrindən tranzit marşrutu kimi istifadə edilməsidir. SEPAH-ın himayə etdiyi narkobaronlar və qruplar Əfqanıstandan əldə edilən narkotiklərin Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və İraq vasitəsilə Avropaya göndərilməsi üçün Güney Azərbaycandan tranzit marşrutu …

Read More »

Güneylilər çağırış etdi: Süleymani yox, Həşimov!

Güney azərbaycanlılar 2020-ci ilin 14 iyulunda Tovuz rayonu ərazisində Ermənistan təxribatının qarşısını almaq üçün keçirilən əməliyyatlar zamanı şəhid olan general Polad Həşimovun ildönümünü qeyd edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə güneyli sosial media istifadəçiləri paylaşımlar ediblər. Onlar sosial media kanallarında Polad Həşimovun fotolarını paylaşır, onun həyatı və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, müdafiəsi uğrundakı döyüşləri ilə bağlı materiallar dərc …

Read More »

Güneyin ən qorxulu cəzaçəkmə müəssisəsi

Məhbusların və insan haqları təşkilatlarının dediyinə görə, İranın ən qorxulu həbsxanalarından biri Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində yerləşən həbsxanadır. Boyukmillet.com xəbər verir ki, Urmiya həbsxanasının standart tutumunun 700 nəfər olmasına baxmayaraq, hazırda orada 5 minə yaxın məhkum saxlanılır. Həbsxanada saxlanılan məhkumların 40 faizi Azərbaycan türkü, 60 faizi isə başqa bölgə və əyalətlərdən gətirilən qeyri-azərbaycanlıdan ibarətdir. Urmiya mərkəzi həbsxanasındakı məhbuslar müxtəlif bəhanələrlə …

Read More »

Güneyli hüquq müdafiəçisinə qarşı 5-ci cinayət işi açıldı

İran məhkəməsi hazırda Tehranın Evin həbsxanasında saxlanılan güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı son 6 ayda 5-ci dəfə olaraq yeni cinayət işi açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə N.Məhəmmədinin adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb. Məlumata görə, ona qarşı sonuncu şikayət Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən edilib. Şikayətdə Nərgiz Məhəmmədinin Evin həbsxanasında siyasi fəaliyyətlərlə məşğul olduğu bildirilib. …

Read More »