Drone Cameras

Həbsdə olan güneyli müəllimin səhhəti pisləşdi

Tehranın Evin həbsxanasında saxlanılan müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.

Onun bağırsaq iltihabından əziyyət çəkdiyi, həbsxana rəhbərliyinin müalicəsinə icazə vermədiyi üçün həyatının təhlükədə olduğu bildirilir.

Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.


Check Also

Azərbaycanlı müəllim həbsxanaya köçürüldü

Əlbürz əyalətində yaşayan azərbaycanlı müəllim Tahir Əsgərpur 4 aylıq həbs cəzasını çəklmək üçün Kərəc şəhərinin …