Cari ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ən müasir tələblərə cavab verən yeni əsgər yataqxanası, idman kompleksi, “Şərur” sərhəd komendantlığının xidməti-yaşayış kompleksi sərhədçilərin istifadəsinə verilib. 5-ci sərhəd zastavasının inşası başa çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasından bildirilib. Qeyd edilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə sərhəd boyunca siqnalizasiya sistemi yaradılıb və müasir tipli …
Read More »MN ehtiyatda olan polkovnik-leytenantın vəfatı ilə bağlı məlumat yayıb
“Bu gün mətbuatda polkovnik-leytenant Seymur Ənvər oğlu Zülfüqarovun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb”. Müdafiə Nazirliyindən bildiriblər ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb. Allah rəhmət eləsin!
Read More »Azərbaycan Ordusu helikopterlərlə təlim keçirib
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Read More »Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hə dəflərə atəş açıb
İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar. Birinci mərhələnin şərtlərinə əsasən, iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar. Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən …
Read More »DSX rəisi: “Azad edilmiş ərazilərdə sərhəd nəzarəti işinin təşkilinə başlanılıb”
Azad edilmiş ərazilərdə sərhəd nəzarəti işinin təşkilinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı məlumat verib. Çıxışda dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən …
Read More »Azərbaycan hərbçisi qətlə yetirilib, tutulan var – YENİLƏNİB
Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi …
Read More »Bakıdakı Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək
Sentyabrın 6-dan 8-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini …
Read More »DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib. general-leytenant ali hərbi rütbəsi general-mayor Rəsul Afiq oğlu Tağıyevə general-mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə general-mayor Elçin Zaur oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi polkovnik Zaur Rəşidoviç Niftullayevə polkovnik …
Read More »İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub. İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.
Read More »DSX generalı: “Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur”
“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi, bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
