Cümə , 12 Dekabr 2025

Hərbi

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir. Təlimə cəlb olunan hərbi vəzifəlilər …

Read More »

Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb edilib

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb olunub. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Read More »

Müdafiə nazirinin müavini Kəlbəcərə gedib, yeni hərbi obyektlərin açılışında iştirak edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Bildirilib …

Read More »

Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hərbi hissələrdə, Təlim-Tədris Mərkəzlərində təşkil olunan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Çıxışlar zamanı bildirilib ki, 1990-cı il yanvarın 20-də azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi …

Read More »

Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi-psixoloji və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, eləcə də faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. …

Read More »

DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında DSX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Xidmətin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb. DSX-nin Aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin ildönümü münasibəti ilə hazırlanan fotosərgiyə baxış keçiriblər. Azərbaycan …

Read More »

Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar videoçarx hazırlayıb

Müdafiə Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar videoçarx hazırlayıb. Boyukmillet.com həmin videoçarxı təqdim edir.

Read More »

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra Türk şəhidliyini ziyarət edib.

Read More »

Qubadlıda yeni qərargah bina­sı istifadəyə verilib

Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilib. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Xidmətin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti …

Read More »

Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəlib

Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu vurğulayan general-leytenant Heydər Piriyev ölkəmizdə müasir ordu quruculuğu və hərbi qulluqçuların peşakarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlər barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə hərbi təhsil sistemi …

Read More »