Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından “Azərpoçt”, “AzInTelekom”, “Bakı Taksi Xidməti” MMC-lər, “Bakı Telefon Rabitəsi” MMC və onun …
Read More »Dövlət Xidməti “Telegram” hücumlarını araşdırır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.
Read More »Azərbaycanın yeganə regional mobil rabitə operatoru fəaliyyətini dayandırır
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. “Report”un yerli bürosu xəbər verir ki, şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən …
Read More »“Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib
Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib. Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa …
Read More »Azərbaycanda “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiqlənib
Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, “Elektron Hökumət İnformasiya Sistemi …
Read More »Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, qurum müraciətində dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinad edərək bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edib. Məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat …
Read More »Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin artıb
Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 403 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 38 % çoxdur. Təkcə apreldə isə 245 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ …
Read More »Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq
Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb. Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt …
Read More »Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb. Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilərək zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 270 …
Read More »“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl hazırlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara, xəbər agentliklərinin səhifələrə keçid baş verir. Dudl “Google” axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır. Qeyd edək ki, bu gün Azərbaycanın …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
