Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb. Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilərək zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 270 …
Read More »“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl hazırlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara, xəbər agentliklərinin səhifələrə keçid baş verir. Dudl “Google” axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır. Qeyd edək ki, bu gün Azərbaycanın …
Read More »Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər
Gürcüstanda həyata keçirmək istəyən startaplara 10 illik vergi güzəştləri təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareşvili “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib. Onun sözlərinə görə, Gürcüstanda gələn ilin sonunda innovativ startap statusu qəbul ediləcək: “Bununla ilk üç il ərzində tamamilə sıfır vergitutma ilə startaplara 10 illik vergi güzəştləri təqdim …
Read More »Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”
2025-ci ildə Xəzər dənizi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsi başa çatacaq. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclasında çıxışı zamanı deyib. “Bu, beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınları ilə əlaqəli rəqəmsal infrastrukturun yaradılması baxımından ölkəmiz üçün son dərəcə vacibdir. Ümumiyyətlə, biz telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin fəal inkişafını davam etdirməli, qlobal kibertəhlükəsizlik standartlarını …
Read More »İsveç və ABŞ 6G texnologiyalarını birgə inkişaf etdirmək barədə razılığa gəlib
İsveç və ABŞ altıncı nəsil 6G rabitəsinin inkişafı sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveç hökumətinin dəftərxanası məlumat yayıb. “İsveç və Birləşmiş Ştatlar 6G texnologiyasının şəffaflığı, təhlükəsizliyi, etibarlılığı, inklüzivliyi, dayanıqlığı və demokratik dəyərlərə uyğunluğunu təmin etmək üçün beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq səyləri nümayiş etdirir”, – İsveç xarici işlər nazirinin müavini Yan Knutsson bildirib. O …
Read More »Bu il beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt”a 87 milyon manat daxil olub
Bu ilin yanvar-iyun aylarında beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt” MMC-nin poçt şöbələrinə 87 milyon manat vəsait daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-nin əməliyyat departamentinin direktoru Asiman Əliyev “Asan radio”da yayımlanan “Rəqəmsal Dialoq” verilişində deyib. Onun sözlərinə görə, hesabat dövründə “Azərpoçt”dan analoji sistemlər vasitəsilə xarici ölkələrə 29 milyon manat köçürülüb. “Ötən il ölkə üzrə daxilolmaların təqribən 20 %-i yəni 486 …
Read More »Prezidentin köməkçisi: Süni intellektlə bağlı qanunvericilik bazasının hazırlanması barədə düşünməyin vaxtı çatıb
Sosial şəbəkə xidmətləri göstərən böyük şirkətlər etik normalara riayət etmək üçün çox səy göstərməkdə, sosial şəbəkələrdə dezinformasiyanın və manipulyasiya elementlərinin qarşısının alınmasında və tənzimləmə mexanizminin tətbiqində maraqlı deyillər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib. “Biz yeni reallıqlarla qarşı-qarşıyayıq. Süni intellektin inkişafı, …
Read More »Vüsal Xanlarov: “Bakalavr təhsil pilləsinə qeydiyyat prosesi rəqəmsallaşdırılacaq”
Yaxın gələcəkdə bakalavr təhsil pilləsinə qeydiyyat prosesinin rəqəmsallaşması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib. Onun sözlərinə görə, bu ildən Azərbaycan Texniki Universiteti ilə tamamilə kağızsız formada qeydiyyat prosesinin həyata keçirilməsi planlaşdırılır: “Artıq “mygov” platforması üzərindən magistratura və əlavə təhsillə bağlı qeydiyyat prosesi aktivdir. Yaxın gələcəkdə bakalavr, ondan sonda rezidentura …
Read More »Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər avqustun 15-dən genişzolaqlı internetin tariflərinə dəyişiklik edəcəklər. Boyukmillet.com xəbər veirir ki, bu barədə dövlət provayderləri məlumat yayıb. Bildirilir ki, Şirkətlər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 …
Read More »Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə daha bir səlahiyyət verilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsidqləyib. Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatlarını və sistemlərini Dövlət Xidməti təhlükəsizlik meyarları …
Read More »