Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə Oxu.Az-a Yadigar Muradovun oğlu Yaşar Muradov məlumat verib. O bildirib ki, vida mərasimi saat 12:00-da baş tutacaq. Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılacaq.
Read More »Əməkdar artist Yadigar Muradov VƏFAT ETDİ
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Əməkdar artist bur müddət əvvəl
Read More »Mərdəkan qalası restavrasiya olunacaq – FOTO
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının restavrasiyasına başlayır. Boyukmillet.com bildirir ki, bu barədə agentliyin sosial media hesabında məlumat verilib. “Paytaxt Bakının Mərdəkan qəsəbəsində yerləşən bu tarixi abidə 13-cü əsrdən bu günə miras qalan Şirvanşahlar memarlığının ən mühüm nümunələrindən biri kimi yenilənəcək”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, TİKA rəhbəri Abdullah Eren bir neçə günlük Azərbaycana səfərə …
Read More »Azərbaycan “Tağıyev: Neft” filmini “Oskar” mükafatına namizəd kimi təqdim edib
Azərbaycan “Tağıyev: Neft” filmini “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında Kino Akademiyasının 98-ci “Oskar” mükafatına namizəd kimi təqdim edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib. Ş.Əliyev filmin “Oskar” mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib. Məlumat üçün xatırladaq ki, “Tağıyev: Neft” filmi “Bakı Media Mərkəzi” tərəfindən …
Read More »“Son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda…” – Xalq artistinin oğlu hədələdi
“Muğam Müsabiqəsinin Finalından sonra atam Mənsum İbrahimovla bağlı qarayaxma kampaniyası başlayıb. Bildirirəm ki, müsabiqə 7 münsifdən ibarət idi və hər birinin sadəcə 1 səs haqqı var idi. Qaliblər sırasında onun heç bir tələbəsi yox idi! Sevindirici hal odur ki, hamı Muğam sənətinin hazırki böyüyü, ağsaqqalı kimi Mənsum müəllimə müraciət edir – bu, onun böyüklüyünün göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Xaıq …
Read More »Xalq artisti Arif Babayev vəfat edib
Xalq artisti Arif Babayev vəfat edib. Boyukmillet.com xəbər verir ki, o bu gün vəfat edib. Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib. Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan …
Read More »Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirildi – Oğlu: “Vəziyyəti bir qədər yaxşılaşıb”
“Atamın vəziyyəti bir az düzəlib. Yaxşı olacağına ümid edirik”. Bunu Musavat.com-a ötən gün səhhəti pisləşən və xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib. O bildirib ki, atası hazırda reanimasiyadadır: “Hələ atamla görüşə bilməmişik, lakin vəziyyəti yaxşılığa doğru gedir, müalicəsi davam edir”. Qeyd edək ki, ötən gün xanəndənin səhhəti pisləşdiyi üçün əvvəlcə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə …
Read More »Rəşid Behbudov haqqında film çəkilib
Əfsanəvi sənətkarın 110 illiyinə həsr olunmuş film çəkilib. Boyukmillet.com xəbər verir ki,110 illik yubileyi münasibətilə dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında yeni sənədli film çəkilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi gənc rejissor Xəyalə Pircanova, operatoru Hüseyn Kərimovdur. Yaradıcı heyətdə Günel Ayxan, Pakizə Alıyeva, Firuzə Qurbanlı, Ləman Bağırzadə və Səma Vəliyeva. Bədii rəhbər isə rejissor, prodüser İqbal Məmmədəliyevdir. Sənədli filmdə …
Read More »Nazirlik rəsmisi: Ağdam Muğam Mərkəzi Qarabağda muğamın işğaldan əvvəlki şöhrətini bərpa edəcək
Ağdam Muğam Mərkəzi Qarabağ bölgəsində muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpasında mühüm rol oynayacaq. Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərvin Rüstəmova deyib. Qurum rəsmisi bildirib ki, mərkəzdə tədrisin və təbliğin geniş səviyyədə təşkili gənc nəsilə muğama sevginin aşılanmasına öz töhfəsini verəcək. Qeyd edək ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və …
Read More »“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək
“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin icra etdiyi layihənin əsas məqsədi Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını göstərmək üçün faktlara söykənən və yüksək keyfiyyətli çəkilişlə müşayiət olunan sənədli film ərsəyə gətirməkdir. Filmdə meşələrin yandırılması, flora və faunanın işğal dövründə məhv edilməsi tarixi faktlarla izləyiciyə təqdim …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
