Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan “Tağıyev: Neft” filmini “Oskar” mükafatına namizəd kimi təqdim edib

Azərbaycan “Tağıyev: Neft” filmini “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında Kino Akademiyasının 98-ci “Oskar” mükafatına namizəd kimi təqdim edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib.

Ş.Əliyev filmin “Oskar” mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib.

Məlumat üçün xatırladaq ki, “Tağıyev: Neft” filmi “Bakı Media Mərkəzi” tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub.

Ekran işi Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını və irsini işıqlandırır.

Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejissoru Zaur Qasımzadədir.

Check Also

İçərişəhərdə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub

İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident …