Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”,-məlumatda qeyd olunub.

Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan “Qloriya” funikulyorunun sentyabrın 3-də relsdən çıxması nəticəsində 17 nəfər ölüb. 

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …