Bazar , 29 Sentyabr 2024

İncəsənət

Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində nümayiş etdirilib

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovaya məxsus “ASMAR Art” pavilyonunda Azərbaycan rəssamları ilə yanaşı, Türkiyə, Fransa, Əlcəzair və Gürcüstandan olan müəlliflərin də sənət əsərləri təqdim olunub. Onların arasında Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun impressionist üslubda çəkdiyi əsərlər …

Read More »

Leyla Əliyeva: “Tahir Salahov yaradıcılığı ilə dünyanı fəth edib”

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahova həsr olunan sərgi keçirilib. Boyukmillet.com “Report”un Rusiya bürosuna istinadən  xəbər verir ki, tədbiri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açıb. “Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilir. …

Read More »

Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

Heydər Əliyev Sarayı XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək. Boyukmillet.com  xəbər verir ki, Mədəniyyət Nazirliyi və “BEAT Group” şirkəti, “VISA”nın dəstəyi ilə səhnələşdirilən musiqili əsər dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı …

Read More »

Füzuli Teatrı yeni mövsümü “Yaddaş” tamaşası ilə açacaq

Füzuli Dövlət Dram Teatrı 33-cü mövsümü oktyabrın 25-i saat 13:30-da Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə açacaq. Bu barədə  Teatrdan məlumat verilib. Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, müsiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf …

Read More »

Şuşa Teatrı mövsümü premyera ilə açacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci mövsümü oktyabrın 9-u saat 12:00-da Xanımana Əlibəylinin uşaqlar üçün yazdığı “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq. Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov məlumat verib. Bildirilib ki, həmin gün 19:00-da isə Altay Məmmədovun “Dəli Domrul” tamaşası oynanılacaq. “Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu …

Read More »

“Fəryad-2” filminin çəkilişləri başa çatıb, adı dəyişdirilib

“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb. “Azərbaycanfilm” kinostudiyasından  verilən məlumata görə, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan film, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. …

Read More »

Azərbaycanın Xalq artisti vəfat edib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib. Boyukmillet.com xəbər verir ki, 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək …

Read More »

Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olub

Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq. Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında – Füzuli rayonunda dəfn olunacaq. Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Read More »

Mədəniyyət Nazirliyi Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb. Boyukmillet.com xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib. Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı …

Read More »

Azərbaycan Litvada festivalda təmsil olunub

Azərbaycan Litvada “Mədəniyyətlər bağı-2021” festivalında təmsil edilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə ölkəmizi Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) təmsil edib. Qeyd edək ki, festivalda Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib, bütün dünyada məşhur olan “Sarı Gəlin”, “Naz eləmə” və sair kimi milli musiqi və rəqslərimizi təqdim edilib. Festivalın yekununda AYOL Azərbaycan mədəniyyətinin Litvada təbliğində fəal iştirakına və xalqlar arasındakı dostluğun …

Read More »