Bazar , 23 Fevral 2025

İqtisadiyyat

Dollar dəyərini itirir – Manat bahalaşacaqmı? – ŞƏRH

“Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib”. Boyukmillet.com xəbər verir ki,  bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib:“Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən …

Read More »

Neftin qiyməti kəskin bahalaşdı

Dünya birjalarında neft qiymətləri bu gün səhər saatlarından yenidən bahalaşıb. Boyukmillet.com xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 65,17 dollara, yüngül neftin bir barreli isə 61,76 dollara təklif olunur.   

Read More »

Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,83 ABŞ dolları, yaxud 3,23 % artıb. Boyukmillet.com  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,48 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

“Digər mal və xidmətlər də bahalaşacaq” – AÇIQLAMA

“Gözlənildiyi kimi suyun qiyməti artırıldı. Artım bu dəfə 100% oldu. Yəni suyun qiyməti 2 dəfə bahalaşdı. Bundan sonra suyun hər kubmetri üçün kanalizasiya ilə birlikdə “Azərsu”ya 1 manat ödəyəcəyik. Ailə üzvlərinin sayı 5 nəfər olan, ancaq sayğacı olmayan abunəçilər isə ayda hökumətə 25 manat ödəməli olacaqlar. Şübhəsiz ki, yanacağın ardınca içməli suyun bahalaşması əhalinin xərclərini daha da artıracaq. Onların onsuz …

Read More »

Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana birbaşa borcu 5 491 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilib. Məlumata görə, ötən il dekabrlın 1- ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu 194 min dollar azalıb. Gürcüstanın hazırkı xarici dövlət borcu 7,5 milyard dollar səviyyəsindədir ki, bunun da 7,1 milyard dolları hökumətin payına düşür. …

Read More »

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycan nefti bahalaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir bareli 0,45 ABŞ dollarına qədər və ya 0,79 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 56,84 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb. …

Read More »

Xidmət tariflərinin artırılması əmlak bazarına necə təsir edəcək? – Şərh

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da …

Read More »

Azərbaycan məhsulları Dubayda Beynəlxalq Yarmarkada sərgilənir

Iqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında “Azərbaycan” pavilyonu ilə tanış olublar. Bu barədə  qurumdan bildirilib. Məlumata görə, KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan” pavilyonunda bir sıra yerli …

Read More »

Prezident: “Artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə bilərik”

“Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək: “Ancaq bizim fikrimiz ondan ibarətdir ki, …

Read More »

Daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir. Boyukmillet.com  xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr nəticəsində 1 yanvar 2021-ci il tarixindən daha 15 müəssisədən – “Binə Aqro” …

Read More »