Cümə axşamı , 8 Yanvar 2026

İqtisadiyyat

Azərbaycanın dövlət şirkətləri arasında qeyri-neft-qaz ixracının həcminə görə liderlər açıqlanıb

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft-qaz məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (839,8 milyon ABŞ dolları) ilə müqayisədə 123,85 milyon ABŞ dolları və yaxud 14,75 % artaraq 963,7 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com-un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,7 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi …

Read More »

Güzəştlər dövrü bitir, vergi yükü ağırlaşır

Azərbaycan hökuməti 2026-cı il üçün qeyri-neft sektoru üzrə vergi gəlirləri ilə bağlı nikbin proqnozlar verir. Gələn ilin dövlət büdcəsində 21,4 milyard manat məbləğində vergi gəlirlərinin daxil olması gözlənilir ki, bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 8,2 faiz çoxdur. Neft-qaz sektorundan daxilolmalarda 10,2 faiz azalma proqnozlaşdırıldığı halda, qeyri-neft gəlirlərində 9,6 faiz artım nəzərdə tutulur. Nominal ifadədə bu, gələn il …

Read More »

Nazir əmr imzaladı – 3 qurum ləğv olundu

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün …

Read More »

Azərbaycan Avropa İttifaqı ölkələrinə qara kürü ixrac etməyi planlaşdırır

Azərbaycanda istehsal olunan qara kürü yaxın vaxtlarda Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarıla bilər. Bu barədə “Report”a “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı məlumat verib.  “2025-cı ilin sonuna və yaxud 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda bu istiqamətdə danışıqlar aparılır, əlaqələr qurulur”, – deyə o qeyd edib.  Qara kürü ixracının daha …

Read More »

İsveçrə qızıl istehsalçıları hasilatı ABŞ-yə köçürməkdən imtina edirlər

İsveçrə qızıl istehsalçıları Donald Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, ABŞ-də yeni zavodlar açmağı planlaşdırmırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb. Keçmiş diplomat Tomas Borer qızıl emalının bir hissəsini ABŞ-yə köçürməyi təklif edib, lakin yerli qızıl istehsalçıları bu fikri dəstəkləməyiblər. NZZ-nin məlumatına görə, qiymətli metal istehsalçıları son vaxtlar ABŞ-yə böyük həcmdə qızıl ixrac edir ki, …

Read More »

Vüqar Oruc: “AQC yeni dövrə çox ciddi şəkildə hazırlaşır və sektora mühüm yeniliklər gətirəcəyik”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb:– AQC-nin tərkibində Elmi-Metodiki Şura təsis olunub. Siyahı ilə tanış olduqda nüfuzlu iqtisadçı alimlərin bu şurada təmsil olunduğunu görürük. Şuranın fəaliyyət istiqamətləri nədən ibarət olacaq?– Elmi-Metodiki Şuranın yaranmasında əsas məqsəd qiymətləndirmə fəaliyyətinin …

Read More »

Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib. Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. …

Read More »

İqtisadçı ekspertdən təkliflər: “Qanuna dəyişikliklər edilməlidir”

““Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yeni qəbul olunsa da, bu sahədə ciddi islahatlara ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda qəbul edilən bir çox qanunlara sonradan dəyişikliklər edilib, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna da düzəlişlər edilməsi labüddür”. Boyukmillet.com xəbər verir ki, belə bir təşəbbüslə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc çıxış edib. O, hesab edir ki, əsas …

Read More »

Azərbaycanla münasibətləri gərginləşdirmək Kreml üçün riskli qərardır – ŞƏRH

“Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və ölkəmizin qarşısında iqtisadi baxımdan da böyük imkanlar açır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Xankəndi şəhərində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, bu …

Read More »

Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb

Keçən ilin yayında məşhurlaşan Dubay şokoladı ətrafında yaranan ajiotaj dünyada püstə qıtlığına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb. Məhsul püstə pastası və kataifi xəmiri ilə doldurulmuş şokoladdan ibarətdir. O, bloqçuların çoxsaylı icmalları sayəsində trend halına gəlib. “Dubay şokoladının populyarlığının sürətli artımı püstənin qlobal təklif qıtlığını yaradıb ki, bu da dünyada mövcud olan bu yaşıl qozun …

Read More »