Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatorluğu arasında işgüzar görüş keçirilib. Görüşdə iki qurum arasında mümkün əməkdaşlıq istiqamətləri və birgə layihələrin icrası məsələləri müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, görüşdə AQC sədri Vüqar Oruc, sədrin müşavirləri Asif İbrahimov və Orxan Həsənov iştirak ediblər. TİKA Bakı koordinatorluğunu isə koordinatorun köməkçisi Kürşad Özdəmir təmsil edib. …
Read More »Qızılın qiyməti kəskin BAHALAŞDI
Yaxın Şərqdə baş verən son geosiyasi proseslər fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi qızılın qiymətində kəskin artıma səbəb olub. Səhər saatlarında qiymətli metalın birja dəyəri təxminən 2,7 faiz yüksəlib. COMEX birjasında qızılın aprel fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 142,79 ABŞ dolları və ya 2,72 faiz bahalaşaraq bir troya unsiyası üçün 5 390,69 ABŞ dollarına çatıb. Eyni zamanda, gümüşün mart fyuçersləri …
Read More »Azərbaycan iqtisadiyyatı seçim qarşısında: Artım rəqəmləri ilə reallıq arasındakı uçurum
2026-cı ilin ilk ayının rəsmi statistik nəticələri ölkə iqtisadiyyatının real vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Açıqlanan rəqəmlər göstərir ki, qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib və mövcud tendensiyalar ilin qalan hissəsində də bu boşluğun doldurulacağını göstərmir. Proqnoz sənədlərinin özündə belə iqtisadi və sosial göstəricilər bir-biri ilə uzlaşmır, biri digərini inkar edir və nəticədə sistemli inkişaf …
Read More »Qiymət artımları davam edəcək: mənzil bazarında bu il bizi nələr gözləyir? – AÇIQLAMA
Bakının mərkəzində və yaxın ərazilərdə torpaq sahələrinin kəskin bahalaşdığına, tikinti normativlərinin mürəkkəbləşdiyinə, eləcə də normativ hüquqi aktlar və tələblərin daha da çətinləşdiyinə görə, inşaat həcminin növbəti illərdə o qədər də yüksək olacağı gözlənilmir. Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, tikinti həcminin yüksək olmaması səbəbindən qiymətlərin artımının davam edəcəyini proqnozlaşdırmaq olar: “Tikinti xərclərinin artması …
Read More »Azərbaycanda iki valyuta BAHALAŞDI
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0393 manat təşkil edib. Avro 1,9821 manatadək, Rusiyanın 100 rublu isə 2,1870 manata kimi bahalaşıb.
Read More »ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır. Boyukmillet.com ING-nin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb. ING-nin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib. Bank …
Read More »Naxçıvan büdcəsi sıxılır: dotasiya kəsilir, əməkhaqqı xərcləri azaldılır, vergi yükü artır
2026-cı ildən etibarən dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyaların əhəmiyyətli dərəcədə azaldılması gözlənilir. Hətta 2025-ci il üçün nəzərdə tutulan dotasiyaların belə tam icra olunmaması ilə bağlı açıqlamalar var. Hesablama Palatasının “Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinə dair audit hesabatı”nda göstərilir ki, 2025-ci il üzrə Naxçıvan MR-yə ayrılan dotasiyanın təxminən 30 faiz ixtisarı gözlənilir. Belə ki, 2025-ci ilin …
Read More »Dünya Bankı Azərbaycanın biznes mühitini Gürcüstan və Ermənistandan daha aşağı qiymətləndirdi
Dünya Bankı ölkələr üzrə özəl sektorun fəaliyyəti üçün yaradılan şəraitin keyfiyyətini qiymətləndirən “Business Ready 2025” (B-READY) hesabatını açıqlayıb. Azərbaycan ilk dəfə olaraq bu hesabatda yer alıb. Hesabat üç əsas sütun üzrə qruplaşdırılan 10 mövzunu əhatə edir. “Tənzimləyici çərçivə” (Regulatory Framework), “Dövlət xidmətləri” (Public Services) və “Əməliyyat effektivliyi” (Operational Efficiency) adlanan bu sütunlar çərçivəsində biznesə giriş, vergi sistemi, rəqabət mühiti, biznesin …
Read More »Avro bahalaşdı, rubl ucuzlaşdı – Dollar isə…
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,4 % artaraq 1,9947 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,1 % azalaraq 2,0920 manat təşkil edib.
Read More »Avro bahalaşdı, rubl ucuzlaşdı – Dollar isə…
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % artaraq 2,0022 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,2 % azalaraq 2,1715 manat təşkil edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar