Çərşənbə axşamı , 30 Aprel 2024

İqtisadiyyat

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb. Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Read More »

Neft üçün kritik həftə: Dollar da bu həftədən asılıdır

Koronavirus epidemiyası ilə əlaqədar olaraq, Çinin neftə tələbi azalıb və bu da neft qiymətlərinin düşməsinə səbəb olur. Brent markalı neftin qiyməti epidemiyaya dair narahatlıqlar ilə yanvar ayında 15% düşdükdən sonra bu ay da 12%-ə yaxın geriləyib və ötən həftə 50 dollardan da aşağı düşərək 49,67 dollara enib. Brent markalı neftin qiyməti 40 dollara düşərsə, qara qızıl istehsalçısı olan Körfəz ölkələrinin …

Read More »

Son beş ildə Ağdam rayonunda 183 ədəd yeni subartezian quyusu qazılıb

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli …

Read More »

Manat yenə “öləcək” – Ekspert həyəcan təbili çalır

“Keçən ilin noyabr ayından 2020-ci ilin fevralın 1-nə qədər olan dövrdə ölkədə fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib – fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, valyutada olan əmanətlərin azalmasına …

Read More »

Böhran başladı – Dolların taleyi necə olacaq?

ABŞ birjaları 2008-ci ildəki böhrandan bəri ən ağır günlərini yaşayır. Boyukmilllet.com xarici KİV-lərə istinadən xəbər verir ki, böhranın yaşanmasına səbəb koronavirusla bağlı yaranmış vəziyyətdir. Məlumata görə, koronavirus səbəbiylə iş adamlarının investisiya yatırmaqda tərəddüd etməsi birjalara təsirsiz ötüşmür. İqtisadçıların sözlərinə görə, böhran təkcə ABŞ birjalarına deyil, dünya birjalarına da təsir göstərir. Dünya ölkələri arasında ticarət əlaqələrinin dayanması böhranı daha da dərinləşdirəcək. İqtisadçılar …

Read More »

Bakı metrosunda koronavirusla bağlı “Qaynar xətt” yaradıldı

Fevralın 21-dən “Bakı Metropoliteni” QSC-nin bütün obyektlərində və qatarlarda koronovirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər – dezinfeksiya işləri aparılmaqdadır.  Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.  Məlumatda deyilir ki, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, “Bakı Metropoliteni”nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən “Nərimanov” elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə …

Read More »

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb. O bildirib ki, vizasız gediş-gəlişi haqqında Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın iclasında imzalanıb.  İclasda həmçinin “Güzəştli Ticarət Sazişi” və Naxçıvana dəmir yollarının inşası haqqında razılaşmalar da daxil olmaqla 13 saziş və 1 birgə bəyannamə …

Read More »

Azərbaycan sahibkarları Rusiya ilə əlaqələrini genişləndirir

Bir qrup sahibkar məhsul və avadanlıq idxalına dair müqavilələr imzalamaq üçün Rusiyanın Belqorod şəhərinə gedəcək. Boyukmillet.com “Bel.ru”ya istinadən xəbər verir ki, imzalama mərasimi martın 5-nə təyin olunub. Səfər çərçivəsində həmçinin yerli sahibkarlarla görüşlərin keçirilməsi, istehsalat müəssisələrilə tanışlıq da nəzərdə tutulur. Belə ki, ağır, yüngül, qida sənayesi sahələrinin nümayəndələrindən ibarət heyətin neft-qaz və qida istehsalı avadanlığı, avtomatik idarəetmə sistemləri, ərzaq, yüngül sənayesi məhsulları …

Read More »

Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək

Fevralın 28-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına hazırlıq işləri yekunlaşıb və toplantıda 13 ölkənin iştirakı təsdiqlənib. Boyukmillet.com Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən – Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf …

Read More »

SOCAR Ukrayna hökuməti ilə böyük hub açacaq

2020-ci ilin sonunadək Ukrayna Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çonqar nəzarət-buraxılış məntəqəsində vətəndaşlara xidmət göstərmək üçün böyük hub açacaq. Boyukmillet.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Age of Crimea 2020” forumunda bildirib. O qeyd edib ki, burada inzibati xidmətlərin göstərilməsi üçün tammiqyaslı mərkəz, istirahət zonası və digər mühüm obyektlər yerləşəcək. Prezident xatırladıb ki, Krım köçkünləri üçün …

Read More »