Çərşənbə , 24 Aprel 2024

İqtisadiyyat

Ekspert: “Azərbaycan Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir”

“Cənub Qaz Dəhlizi layihəsinin Avropa ölkələri üçün geosiyasi əhəmiyyəti böyükdür”. Bunu Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov bildirib. O xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsinin yekun fazasının bitməsinə az qalmış Avropa Komissiyası rəsmiləri bu layihə vasitəsilə nəql edilən təbii qazın həcminin artırılmasında maraqlı olduqlarını dilə gətiriblər.  “Ümumilikdə, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələrinin uzun illər yürütdüyü təbii qaz idxalının diversifikasiyası …

Read More »

Mahir Əliyev: “Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilişi tarixi hadisədir”

Bu sözləri “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”na münasibət bildirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev deyib. Mahir Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin  mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda  Fars …

Read More »

“Turkish Airlines” İrana uçuşlara qoyulan məhdudiyyətin müddətini uzadıb

Türk Hava Yolları (Turkish Airlines) Tehran istisna olmaqla İranın digər şəhərlərinə uçuşlara qoyulan məhdudiyyətin müddətini martın 10-dək uzadıb. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Qeyd edək ki, dünən Türk Hava Yolları İrana uçuşları fevralın 27-nə qədər dayandırdığını açıqlamışdı. Bundan başqa, Türk Hava Yolları Çinə olan səfərlərini fevralın 29-dək təxirə salıb.

Read More »

Bu il Azərbaycan xurmaları xarici bazarlarda iki dəfə baha satılıb

“Azərbaycan 2019-cu ildə 104 mln ABŞ dolları dəyərində xurma ixrac edib. Ümid edirəm ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixrac etdiyi xurmanın dəyəri 20 mln ABŞ dollarını ötəcək”. Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib. O deyib ki, hazırda xurma anbarlarda saxlanılır və ixrac martın sonlarına qədər davam edəcək: “Azərbaycanın xurma ixrac etdiyi əsas bazarlar Rusiya, Ukrayna, Qazaxıstan və Səudiyyə Ərəbistandır”. Assosiasiya sədri vurğulayıb ki, bu mövsümün əvvəlindən …

Read More »

ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirdi

Çində ortaya çıxan və artıq dünyanın bir neçə ölkəsində də aşkarlanan koronavirusla (“2019-nCoV”) bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ehtiyat tədbirlərini davam etdirir.  Bu barədə ASCO-dan məlumat verilib. ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il …

Read More »

İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markası buraxıldı

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib. Boyukmillet.com bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə istinadən xəbər verir.  Azərbaycanın İndoneziyadakı səfirliyindən şirkətə bildirilir ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi …

Read More »

Azərbaycan içki idxalını və ixracını kəskin azaltdı

Bu ilin yanvar ayında Azərbaycan 769 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 927 min ABŞ dolları və yaxud təxminən 71,5% azdır. Hesabat dövründə içki ixracı ümumi ixracın 0,04%-ni təşkil edib. Ötən ay Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri isə 3,291 milyon ABŞ dolları …

Read More »

İnam Kərimov: “Aqrar sahənin rəqəmsallaşdırılması əsas prinsiplərimizdən biridir”

Azərbaycanda aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra etdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin açılış mərasimində deyib. “Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı şəkildə inkişaf etməkdədir. …

Read More »

Mineral sular muxtar respublikamızın iqtisadiyyatına töhfələr verir

Mineral sular dünyada qeyri-bərabər yayılmaqla bəzi yerlərdə böyük quyular və hövzələr, bəzi yerlərdə isə kiçik bulaqlar şəklində mövcuddur. Fərqli növlərdə olan mineral sular, insanlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilməkdədir. Bir sıra xəstəliklərin müalicəsində, su tələbatının ödənilməsində, turizm potensialının təbliğində onların əhəmiyyətli rolu vardır. Təbiətin əsas neməti olan bu cür resurslar artıq ölkələr tərəfindən geniş məqsədlərin həyata keçirilməsi üçün istifadə …

Read More »

Naxçıvan məhsulları “Gulfood 2020”-də nümayiş olunur – FOTOLAR

Boyukmillet.com Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan məhsulları, o cümlədən Naxçıvan məhsulları fevralın 16-20 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz …

Read More »