Cümə , 5 Dekabr 2025

köşə

Ayna Fərhad yazır: Nişan üzükləri

Ayaz uzun sürən depresiyadan sonra, yenidən keçmiş halına qayıtmışdı. Üzü gülür, əvvəlki  günlərdəki kimi dostları ilə vaxt keçirir, işinə geri dönərək yüksəlir, günü-gündən, özünü inkişaf etdirirdi. Depressiyaya düşməsinin səbəbi sevgilisinin onu yarı yolda qoyması, ardından anasının vəfat etməsi idi. O dönəmdə heç kimlə əlaqə saxlamırdı, ailə üzvüləri ilə belə məsafəli davranırdı. Bütün yaşadıqları onu həmin dövrdə, sərt, əsəbi, acıdil birinə …

Read More »

50 il öncə… Elçibəy necə həbs olunmuşdu – Tələbəsinin YAZISI

Ələsgər SİYABLI Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy 50 il öncə – 1975-ci ildə “KQB” tərəfindən həbs olunmuşdu Elçbəysevənlərin marağını nəzərə alıb onun həbsi və məhkəməsinin şahidi kimi xatirələrimi sizinlə bölüşürəm. Azərbaycan Dövlət Universitetinin Tarix və Sərqsünaslıq fakultələrində və başqa institutlarda yüzlərlə tələbəyə dərs dəyən Elçibəyin fəaliyyəti artıq 1970-ci ilin əvvəllərindən sovet rejim üçün təhlükə təşkil edirdi. …

Read More »

BAHAR NƏNƏ VƏ ZÜLFÜ BABANIN SEVGİ DASTANI

Qarlı-şaxtalı günümüzdə Bakıda 95 yaşlı Bahar nənə ilə 98 yaşlı Zülfüqar babanın ailə qurmasının 75-ci ili təmtəraq, toy-büsatla qeyd olundu. El arasında buna tac toyu və ya şah toyu deyirlər. Bu əlamətdar gündə məclisin tacı olan səbəbkarları övladları, nəvə-nəticələri, qohum-əqrəbaları, dost-tanışları, söz-sənət adamları, mətbuat, televiziya əməkdaşları əhatə etmişdi.Novruzova Bahar Məmməd qızı və Novruzov Zülfüqar İsaq oğlu əslən Qərbi Azərbaycanın Böyük …

Read More »

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə aldadıb Milli Məclisdə oturan bir çox deputat yerindən ancaq öz qazancı üçün yararlanır, camaat onu heç düşündürmür. Deputatı, məmuru qınayırıq, amma dərindən fikirləşəndə görürsən bunların təməli bağçada, məktəbdə qoyulub. Deputat, məmur olana kimi yaşadığın illərdə hər şeyin pulla həll olunduğunu görüb özün də o yola …

Read More »

Dilçiyimizin keşiyində dayanan nadir tədqiqatçı

Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də professor Nadir Məmmədlidir. Sentyabrın 19-da dilimizin yorulmaz tədqiqatçısı, professor Nadir Məmmədlinin 65 yaşı tamam olur. O, 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini …

Read More »

Odessa Diasporundandan nümunəvi addım

2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın Gəncə və Ukraynanın Odessa şəhərlərinin qardaşlaşması ilə bağlı “Niyyət haqqında protokol” imzalanıb. Protokola uyğun olaraq tədbirlər planı hazırlanıb. Ukrayna hökuməti nümayəndələri Gəncəyə səfər edərək Nizami yurdu ilə tanış olub, şəhər icra hakimiyyətində görüşlər keçirib, sənayə müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Dövlət Aqrar Universiteti və Odessa Milli …

Read More »

Cənubi azərbaycanlıların Ana dili uğrunda mübarizəsi – II YAZI

Mədəni tədbirlər çərçivəsində atılan növbəti mühüm addım Azərbaycan mədəniyyət mərkəzlərinin birgə keçirdiyi birinci beynəlxalq qurultay oldu. Bu tədbir Türkiyənin İstanbul şəhərində 3-6 noyabr 1990-cı il tarixində keçirilmişdi. Qurultayda Berlindəki Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, mahir fırça ustası İbrahim Əhrari, İsveçrə radiosunda Azərbaycan dilində efirə gedən verilişin əməkdaşı Əlirza Ərdəbili, İngiltərənin Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, İsveçdəki (Stokholm) Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri …

Read More »

Satılan və satılmayanlar…

Bir il öncə real həyatda da çoxdan tanıdığım indi isə bir “Facebook” dostumun bu paylaşımı oxumuşdum. Screen-shotunu çəkdiyim postda gördüyünüz cümlələr yazılmışdı: “Alınıb-satılmayan kimsə yoxdur. Hərənin sadəcə bir qiyməti var. Sinan Oğan da belə getdi… İndi bildim ki, adam əsl azərbaycanlıdır…” Başıma sanki yekə bir qazan qaynar su tökdülər. Amma bu söhbəti açmaqda məqsədim Türkiyədə keçən ilin seçkisinə və Sinan …

Read More »

Mustafayevlər ailəsi yenidən hədəfdə….

22 iyul 2024-cü il tarixində axşam saatlarında redaksiyamıza Salyan Rayon KXCP-dən telefon zəngi daxil olmuşdur. Telefon zəngi zamanı, hal hazırda mühacirətdə olan KXCP müşahidə şurasının üzvü və sədri vəzifələrini icra etmiş İxtiyar Mustafayevin evinə polis tərəfindən qanunsuz basqın edildiyi bildirilmişdir. Evdə kimsə olmadığı üçün içəri daxil ola bilmədik 23 iyul 2024-cü ildə səhər saat 10 raddələrində bildirilən ünvana gedərək bütün …

Read More »

“Hərbi jurnalist Rahib Qərib vitse-admiral Şahin Sultanovun “yaşıl enerji” ilə bağlı effektiv və tam yeni təklifini təqdim edir”

Vitse admiral Şahin Sultanov Xəzər dənizində “Dalğa enerjisindən” istifadənin mümkünlüyünü elmi əsaslarla təqdim edir Qlobal istiləşmənin, kəskin iqlim dəyişikliklərinin mənfi təzahürlərindən əziyyət çəkən bəşəriyyət ənənəvi enerjidən bərpa olunan enerjiyə doğru yön alıb. Bu məqsədlə son illər dünya ölkələri bəşəriyyətin xilası naminə səylərini getdikcə artırır, “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün enerji sahəsində əməkdaşlığı genişləndirməyə can atırlar. Hətta uzun illər dünyanın neft-qaz …

Read More »