Şənbə , 18 May 2024

Maliyyə

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının artımına səbəb olan faktorları açıqlayıb

Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi artım templəri ürəkaçandır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2 %, qeyri-neft sektorunun isə 9,6 % artması həqiqətən sağlam iqtisadi artımdır: “Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq …

Read More »

ARDNF-in builki büdcəsi dəyişib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud …

Read More »

ADB: “Azad edilən torpaqlara investisiyalar tikinti sektorundakı 5 illik geriləmənin qarşısını alıb”

44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına investisiyalar, tikintinin 5,2 % artmasına səbəb olub və sektordakı 5 illik geriləmənin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib. Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2 % böyüyüb ki, bu da qeyri-neft sektorunda yüksək artımı əks etdirir. Hesabata görə, ADB Qafqaz və Mərkəzi Asiya regionu …

Read More »

Abşeronun 2 qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına 9 milyon manat xərclənəcək

“Azərsu” ASC Abşeron rayonunun Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com  dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Archico” MMC-dir. Qalib şirkətə 9,377 milyon manat ödəniləcək.

Read More »

“Azəristiliktəchizat”ın yığılmış zərəri 100 milyon manata yaxınlaşıb

“Azəristiliktəchizat” ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı. Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb. Bu il yanvarın 1-nə “Azəristiliktəchizat”ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % …

Read More »

Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 …

Read More »

“Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara edilmiş dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra Azərbaycanda özəl tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər, ümumi məbləği 3 min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri …

Read More »

Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, E.Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən …

Read More »

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir

Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib. Toplantıda maliyyə, iqtisadiyyat, əmək və sosial müdafiə nazirlərinin müavinləri və digər qurumların nümayəndələri iştirak edirlər. İclasda aşağıdakı məsələlər müzakirə olunur: – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi …

Read More »