Şənbə , 18 May 2024

Maliyyə

Nazirlər Kabineti milli valyutanın transsərhəd daşınması barədə qərar verib

Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bununla da, hökumətin “Maliyyə Monitorinqi Xidmətinə ölkəyə gətirilən və yaxud ölkədən çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqında” 28 …

Read More »

Maliyyə Nazirliyinin Aparatının rəsmisi IMF-də yüksək vəzifəyə təyin olunub

Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorunun müşaviri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü məlumat verib. “Bu gündən fəaliyyətimi ABŞ-ın paytaxtı Vaşinqtonda – IMF-in İcraçı Direktorunun müşaviri kimi davam etdirərək Fondun İdarə Heyətində (IH) Azərbaycanı təmsil edəcəyəm. BMT sisteminə daxil olan və 190 üzv ölkəni …

Read More »

Bakı Şəhəri Reklam İdarəsi sığortaçı seçir

Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar ilkin sənədləri oktyabrın 6-sı, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 16-sı, saat 10:00-a qədər idarənin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli kücəsi, 37 ünvanında yerləşən inzibati binasına təqdim …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.09.2023)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2 % artaraq 1,8142 manat, Rusiya rublunun məzənnəsi isə 0,6 % azalaraq 0,0175 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,81421 Rusiya rublu0,0175

Read More »

Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”nı yenilənmiş varianta təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara görə, banklarda Korporativ İdarəetmə Komitəsi yaradılacaq. Bu komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək. Bundan başqa, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.09.2023)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,5 % azalaraq 1,8252 manat, Rusiya rublunun məzənnəsi isə 1,1 % azalaraq 0,0173 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,82521 Rusiya rublu0,0173

Read More »

Türkiyənin faiz qərarı lirənin ucuzlaşmasının qarşısını alacaqmı?

Ötən gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclasında uçot dərəcəsi birdən-birə 7,5 faiz bəndi artırılaraq 17,5 %-dən 25 %-ə qaldırıldı. Əvvəlki qərardan fərqli olaraq bu dəfəki artım gözləntilərin xeyli üzərində oldu. Buna görə də qərardan dərhal sonra Türkiyənin milli valyutası 1,5 % dəyər qazanaraq bir ABŞ dolları üçün 26,6 lirə təşkil etdi. Qardaş ölkənin milli valyutasının məzənnəsi ilə bağlı dəyişiklər Azərbyacan üçün də əhəmiyyətlidir. Lirənin dəyərdən düşməsi …

Read More »

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

Azərbaycanda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir. Qurum bəyan edib ki, bu, nəzərə alınaraq xidmət …

Read More »

“Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Məlumata görə, səhmdar cəmiyyətinin 100 % törəmə müəssisəsi – “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi iyulun 29-da …

Read More »

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 61 % azalıb

Qarabağ Dirçəliş Fondu 2022-ci ili 342,816 milyon manat xalis mənfəətlə başa vurub. Boyukmillet.com xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 61,3 % azdır. Ötən il Qarabağ Dirçəliş Fondu ianələrdən gəlirləri 314,52 milyon manat (əvvəlki ilə nisbətən 65,26 % az), maliyyə gəlirləri 34,454 milyon manat 3,75 dəfə çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 2,737 milyon manat (5,1 dəfə çox), dəyərsizləşmədən …

Read More »