Bazar , 8 Sentyabr 2024

Mədəniyyət

Əli Hacının kitabı yenidən Almaniyada nəşr olundu

Boyukmillet.com xəbər verir ki, çap olunmuş kitab oxucular tərəfindən alınırsa, nəşriyyat oxucu təlabatını nəzərə alaraq kitabı yenidən çap etmək hüququ qazanır. Yenidən çap olunmaq müəllifə uğur gətirən olaylardan biridir. Əli Hacı yaradıcılığındakı fəlsəfə və qeyri-adilik Azərbaycan və dünya ədəbiyyatında özünəməxsusluq və dərin idrakın məhsuludur.

Read More »

Xalq artisti vəfat etdi

Xalq artisti Zülfüqar Abbasov vəfat edib. Bu barədə Xalq artistinin yaxınları məlumat verib. Bildirilib ki, o, uzun sürən xəstəlik səbəbindən 81 yaşında dünyasını dəyişib.

Read More »

Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib 

Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasını 82-ci ildönümünə həsr edilən konsert keçirilib. Boyukmillet.com xəbər verir ki, konsert ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə baş tutub. “Vaqif Mustafazadə və Uillis Konnover” mövzusunda keçirilən tədbirdə dahi bəstəkar Vaqif Mustafazadənin keçdiyi yaradıcılıq yoluna nəzər salınıb, “Amerikanın səsi” radiosunda 40 ildən çox …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib. Boyukmillet.com  xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq. Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə …

Read More »

Rüstəm İbrahimbəyovun vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vida mərasiminin keçiriləcəyi yer açıqlanıb. Bu barədə Kinematoqrafçılar İttifaqından məlumat verilib. “Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq”, – İttifaqdan bildirilib. Qeyd edək ki, mərhumun nəşi martın 15-də Bakıya gətiriləcək.

Read More »

Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək. Dəfn tarixi barədə əlavə məlumat veriləcək. Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii …

Read More »

Rüstəm İbrahimbəyov vəfat edib

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib. Bu barədə Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib. O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: “Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq”. Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb. “Kinorejissor uzun sürən xəstəlikdən sonra …

Read More »

Builki “Xarıbülbül” festivalının vaxtı açıqlanıb

“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: “İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin …

Read More »

“Şuşa ili” ilə bağlı tədbirlər planının detalları açıqlanıb

“Şuşa ili” ilə bağlı tədbirlər planının detalları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O qeyd edib ki, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, …

Read More »