Cümə , 5 Dekabr 2025

Milli Məclis

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni düzəlişlərə əsasən, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Qanun layihəsi üçüncü oxunuşda səsvermə yolu ilə qəbul edilib. Qanundakı əsas dəyişikliklər Dəyişikliklər vəkillərin fəaliyyətinə və vəkilliyə qəbul qaydalarına bir sıra yeniliklər gətirir.Belə ki: Vəkillik üçün tələb olunan hüquqşünas ixtisası …

Read More »

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

“Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edildi! Bu qərara görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yeni rəhbərliyinə, bu məsələdə daim jurnalistlərin probleminin həllinə çalışan Milli Məclis rəhbərliyinə, spiker Sahibə Qafarovaya minnətdaram”. Boyukmillet.com xəbər verir ki, bunu Əməkdar jurnalist Mahir Məmmədli öz feysbuk hesabında yazıb. Xatırladaq ki, bir müddət öncə M. Məmmədli sosial media hesabında qeyd etmişdi ki, Milli Məclisdə jurnalistlərin …

Read More »

MM Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini təsdiqləyəcək

Milli Məclisdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin oktyabrın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, plenar iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Read More »

Parlament MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına dair sazişi təsdiq edib

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiqi barədə qanun layihəsinin ona …

Read More »

MM Azərbaycanın Bəhreyndə səfirliyinin təsis olunmasını təsdiqləyib

Milli Məclis Azərbaycanın Bəhreyn Krallığında səfirliyinin təsis olunmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, səfirlik Manama şəhərində yerləşəcək. Layihə bir oxunuşda qəbul edilib.

Read More »

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir

Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib. Layihəyə görə, birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə …

Read More »

Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif edib

Milli Məclisdə Böyük qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib.  Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib. O qeyd edib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var:  “Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin …

Read More »

Cinayət Məcəlləsindəki xeyli, külli miqdar anlayışlarının həcmi artırılır

Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı vurulan ziyana görə Cinayət Məcəlləsindəki xeyli, külli miqdar anlayışlarının həcmi dəyişdirilir, xüsusilə külli miqdar anlayışı əlavə edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı adıçəkilən məcəlləyə dəyişiklik edilməsi təklif olunur.  Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əsasən, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan “xeyli miqdar” dedikdə 200 min manatdan yuxarı, lakin …

Read More »

MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.  Bildirək ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə …

Read More »

Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün xüsusi tədbirlər həyata keçiriləcək

Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün xüsusi tədbirlər həyata keçiriləcək.  Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bugünkü iclasında deyib.  Onun sözlərinə görə, bu addım avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşə dəstək məqsədi daşıyır.  …

Read More »