Şənbə , 4 May 2024

Milli Məclis

Bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi I oxunuşdan keçib

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri birinci oxunuşda təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən …

Read More »

Milli Məclis Avropa Parlamentinin illik hesabatını pisləyib

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapan qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib. Qeyd olunub ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa …

Read More »

Milli Məclisin iclası başlayıb, gündəlikdə 11 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında 2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik …

Read More »

Azərbaycan parlamentinin sədri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, o, çağırışını fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı səsləndirib. S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır: “Ermənistanın üç ildən artıq davam edən hərbi və siyasi …

Read More »

Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasında görüş keçirilib

Fevralın 21-də Azərbaycanın və İndoneziyanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətləri arasında görüş keçirilib. Boyukmillet.com  xəbər verir ki, Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edən İndoneziya nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, Azərbaycanın APA-nın sədrliyinə namizədliyini dəstəklədiyinə görə İndoneziya tərəfinə təşəkkürünü ifadə edib. Əminə Ağazadə …

Read More »

Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, fevralın 16-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul …

Read More »

Azad olunmuş ərazilərdə daha 94 mina, 150 sursat aşkarlanıb, 336.5 ha ərazi təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib. Qeyd edilib ki, azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 336.5 hektar ərazi minalardan …

Read More »

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada …

Read More »

Sahibə Qafarova: “Avropadakı müəyyən qüvvələr Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmir”

Milli Məclisin sədri Sahibə Qafarova Avropadakı müəyyən qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmədiyini bildirib. Boyukmillet.com-un məlumatına görə, o, parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki, narahatlıq doğuran əsas məsələ Cənubi Qafqazda yaranan yeni reallığı bəzilərinin qəbul etməməsidir. S.Qafarova xatırladıb ki, Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilən …

Read More »