Çərşənbə , 5 Mart 2025

Milli Məclis

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 23-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyi məlum olub. Boyukmillet.com xəbər verir ki, gündəliyə 33 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik …

Read More »

Siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənləri yeni cərimələr gözləyir – SİYAHI

Azərbaycanda siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənlərlə bağlı yeni cərimələr tətbiq olunacaq. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliklə “Siyasi partiyalar haqqında” qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər …

Read More »

Dövlət qeydiyyatı ləğv edilən siyasi partiyanın toplantılarını keçirənlər 8 min manatadək cərimələnəcək

Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyanın toplantılarını keçirənlər 8 min manatadək cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliklə “Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlanının) və üzvlərinin …

Read More »

Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışı qadağan olunur

Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Yeni bəndə əsasən, qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.

Read More »

Dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə verilməsi qaydası müəyyənləşir

Dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə verilməsi qaydası müəyyənləşir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna yeni 9-1-ci maddə (Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilməsi) əlavə edilir. Yeni maddəyə əsasən, dərman vasitələrinin idxalına icazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi “Lisenziyalar və icazələr haqqında”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu …

Read More »

Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək

Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda …

Read More »

Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur

Azərbaycanda qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir. Qanunun hazırki bəndi isə belədir: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli …

Read More »

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, Milli Məclisin deputatları – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay …

Read More »

Milli Məclisin növbəti plenar iclası iyunun 23-də keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti plenar iclas iyunun 23-də keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyunun 16-da keçirilən plenar iclasın sonunda deyib. O bildirib ki, toplantının gündəliyi yaxın zamanlarda açıqlanacaq.

Read More »

İcazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlərin 40 min manat cərimələnməsinə dair layihə ilk oxunuşdan keçib

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq …

Read More »