Şənbə , 27 Aprel 2024
Drone Cameras

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasında rəsmi səfərdədir.

Boyukmillet.com xəbər verir ki, Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Check Also

Zahid Oruc: Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik

Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik. Boyukmillet.com xəbər verir ki, bunu …