Şənbə , 10 Yanvar 2026

Milli Məclis

Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib

Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib. Bu barədə  Milli Məclisdən məlumat verilib. Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə …

Read More »

Azad edilən 8 rayonun ərazisinə dəyişikliklərin edilməsi barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Noyabrın 27-də “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib. Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular …

Read More »

Parlamentdə gələn ilin büdcə zərfi II oxunuşda müzakirə edilir

Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir. Müzakirələrə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar. Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat …

Read More »

Milli Məclisin deputatı ABŞ-nin fəxri vətəndaşlığından imtina edib

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edirəm”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat xatırladıb ki, 1990-cı illərdə bəzi deputatlarla birgə ABŞ-yə səfər ediblər. “Səfər zamanı bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Bu gün onların hər iksindən imtina edirəm”.

Read More »

Deputatlar və parlament Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

“Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib. Boyukmillet.com xəbər verir ki, yürüş 18 noyabr tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət …

Read More »

Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasları noyabrın 21-i və 22-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iki günlük iclasda 20 məsələnin müzakirəsi nəzərdə tutulur. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) 2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) 3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci …

Read More »

Cinayət təqibi qiyabi icraat qaydasında həyata keçirilərkən sülh və insanlıq əleyhinə cinayətləri törədənlərin əmlakı müsadirə ediləcək

Cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilərkən dövlətin konstitusiya quruluşunun əsasları, sülh və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin əmlakı müsadirə ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir. Dəyişikliklə cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü …

Read More »

Milli Məclis gələn ilin büdcə zərfinin müzakirəsini davam etdirir

Bu gün də Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin müzakirəsi davam etdirilir. Boyukmillet.com-un xəbərinə görə, artıq üç gündür ki, parlamentdə qanun layihələri müzakirə olunur. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasa Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar. Bugünkü iclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib: – “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə …

Read More »

Deputat gənc alimlərin əməkhaqlarının az olmasından gileylənib

“Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bax bu sual maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib. Onun sözlərinə görə, Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalıçan gənc …

Read More »

Dövlət Komitəsinin sədri: “Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”

“Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti adət-ənənə ilə yaşamalı, qanuna tabe olmalıdır: “Əgər bizim istəklərimiz qanuna uymursa, …

Read More »