Çərşənbə , 8 May 2024
Drone Cameras

Cinayət təqibi qiyabi icraat qaydasında həyata keçirilərkən sülh və insanlıq əleyhinə cinayətləri törədənlərin əmlakı müsadirə ediləcək

Cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilərkən dövlətin konstitusiya quruluşunun əsasları, sülh və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin əmlakı müsadirə ediləcək.

Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Dəyişikliklə cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

Check Also

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …