Milli Məclisin xüsusi iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Toplantıda Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali və digər ölkələrin parlament sədri, ümumilikdə …
Read More »Mayın 16-da Milli Məclis Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclas keçirəcək
Mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova qanunverici orqanın mayın 12-də keçirilən iclasında bildirib. O qeyd edib ki, iclas ulu öndərin əziz xətirəsinə həsr olunacaq.
Read More »Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib
Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsin parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Amma bu, sənəddə sahibkarlığın hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı yeganə məqam deyil. Belə ki, layihədə “Risklərin idarə olunması” anlayışı, …
Read More »Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »MM sədri: “Ermənistanın təxribatının əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır”
Ermənistanın törətdiyi təxribata görə bütün məsuliyyət həmin dövlətin hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. “Aydındır ki, təxribatın əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır”, – o, vurğulayıb.
Read More »Milli Məclisin deputatları İstanbulda səfərdə olacaqlar
Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər. Boyukmillet.com xəbər verir ki, deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər. Səfər mayın 15-də başa çatacaq.
Read More »MN: “Azərbaycan Ordusunun bölmələri ermənilərin tibbi maşınına atəş açmayıb”
Ermənistan tərəfi dezinformasiya yayıb. “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır”, – nazirlikdən bildirilib.
Read More »Milli Məclisə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi daxil olub
Milli Məclisə “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi daxil olub. Boyukmillet.com xəbər verir ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsi müvafiq qurumların rəhbərlərinin iştirakı ilə müzakirə ediləcək. Müzakirələrdən sonra layihənin birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.
Read More »Avropa və Amerika ölkələrinə getmək istəyən qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb
İnsan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin yaxud vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş tədbirlər zamanı – Azərbaycan, Türkiyə və İran ərazilərindən istifadə etməklə Avropa və Amerika ölkələrinə getmək istəyən qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun …
Read More »Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin bir qrup deputatı mayın 8-də Fransanın Strasburq şəhərinə səfər edəcək. Səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Nurlan Həsənov Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran …
Read More »