Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir. Hətta Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin …
Read More »Azərbaycanda qanunsuz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur
Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişiklik layihəsi şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya …
Read More »Deputat: “Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur”
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. O, deputata qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayıb, qətiyyətlə pisləyib: “Hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir, cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli …
Read More »Milli Məclisin 7 deputatı İsrailə səfər edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları …
Read More »Sahibə Qafarova: “Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb”
“Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov ilə görüşündə deyib. Milli Məclisin sədri, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb, bu münasibətlərin bu gün də uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında …
Read More »İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Tədbirin əsas nəticələrindən biri Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması …
Read More »Gələn həftə hökumət Milli Məclisdə hesabat verəcək
Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası martın 17-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında məlumat verib. Həmin gün hökumətin hesabatı da dinləniləcək. İclasın tam gündəliyi isə yaxın günlərdə açıqlanacaq.
Read More »Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub
Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Read More »Parlament media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini qəbul edib
Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər …
Read More »Ombudsman Səbinə Əliyeva: “İctimai nəzarət institutu gücləndirilməlidir”
“Əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. “Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə …
Read More »