Cümə , 31 Yanvar 2025

Milli Məclis

Deputat: “Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır”

“Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu: “O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya …

Read More »

Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

“Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq”. Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin fevralın 24-də keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” ilə bağlı …

Read More »

Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, məruzə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif …

Read More »

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, fevralın 24-də keçiriləcək iclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası …

Read More »

MM media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunmasını I oxunuşda təsdiqləyib

Milli Məclis (MM) Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsini I oxunuşda qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə …

Read More »

Deputat: “Bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsi ciddi problemdir”

“Bələdiyyələrin icra aparatlarında olan əməkdaşların sayının şişirdilməsi ilə bağlı məsələ ciddi problemdir. Hazırda bunun qanunvericiliklə tənzimlənməsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün hər hansı bələdiyyə heç bir məhdudiyyət olmadan istənilən sayda bələdiyyə qulluqçusunu işə qəbul …

Read More »

Siyavuş Novruzov: “Nədənsə dövlətin dotasiyaları eyni bələdiyyələrə verilir”

“Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim necə müəyyənləşdirirlər?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, aparılan müşahidələrə görə 10 il ardıcıl şəkildə eyni bələdiyyə böyük miqdarda …

Read More »

BMT ölkələrinin parlamentariləri Ermənistanın ekoterroru barədə məlumatlandırılıb

Milli Məclisin deputatı Naqif Həmzəyev BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə keçirilən “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsindəki Ermənistanın ekoloji terroru barəsində çıxış edib. “Report”un ABŞ bürosu xəbər verir ki, deputat çıxışında Azərbaycan üçün vacib olan ekoloji məsələlərə toxunub: “Fürsətdən istifadə edərək, diqqətinizi …

Read More »

Azərbaycanda əcnəbilərə müvəqqəti yaşamaq icazəsinin verilməsi şərtləri sərtləşdirilir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan …

Read More »