Cümə axşamı , 19 Fevral 2026

Milli Məclis

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İƏT Parlament İttifaqı əməkdaşlıq edəcək

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub. Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib. Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin …

Read More »

Sahibə Qafarova əlcəzairli həmkarını Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı məlumatlandırıb

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb. Milli Məclisdən. bildirilib ki, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Milli Xalq Assambleyasının sədri, ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək …

Read More »

Sahibə Qafarova Əlcəzairə səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Əlcəzairə səfər edəcək. Səfərin məqsədi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etməkdir. Yanvarın 28-də olacaq səfərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlardan Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Jalə Əliyeva, Tahir Kərimli və digər rəsmi şəxslər daxildirlər. Səfər …

Read More »

Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir

Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev çıxış edib. O qeyd edib ki, qaz limiti ilə bağlı çoxsaylı müracitlər olur: “Ya yaz sessiyası, ya da növbədənkənar sessiya çərçivəsində qaz istehsalçıları ilə fikir mübadiləsi aparmaq olar. Onlara əhalinin bu sahədəki problemini …

Read More »

Deputat: “Bakı və regionlarda sahibsiz itlərlə bağlı ciddi problemlər var”

“Bakı və regionlarda sahibsiz itlərlə bağlı ciddi problemlər var. Bu gün ölkədə heyvanlar üçün kifayət qədər sığınacaq yoxdur. Bununla yanaşı, mövcud problemlə birbaşa məşğul olan aidiyyəti qurum da mövcud deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım komitənin bugünkü iclasında deyib. Deputat bildirib ki, ölkədə sahibsiz itlərin sayı günbəgün artır: “Sahibsiz heyvanlar …

Read More »

Hacıqabul gölünün bərpası ilə bağlı İşçi Qrup yaradılacaq

“Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı İşçi Qrup yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Onun sözlərinə görə, göl quruyub və ətrafındakı torpaqlardan başqa məqsədlər üçün istifadə olunur: “Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı İşçi Qrup yaradılacaq və arayış hazırlanacaq. Ötən …

Read More »

Qərbi Azərbaycanlıların deportasiyası ilə bağlı konfrans keçiriləcək

“Qərbi Azərbaycanlıların 100 illik deportasiyası – Vətən müharibəsindəki qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində” adlı konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün iş planına daxil edilib. Qeyd edək ki, bu gün komitənin iclası keçirilir.

Read More »

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin yanvarın 25-də keçirilən iclasında deyib. O bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib: “360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.

Read More »

Deputat: “Özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də, vergiyə görə tərəddüddə qalırlar”

“Bir çox özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də vergi məsələsinə görə tərəddüd içərisində qalırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, bu məsələ ilə bağlı parlamentdə dinləmə keçirilsə yaxşı olar: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclas keçirək və lazımi …

Read More »

Deputat: “Rayonlarda narkotik problemi böyük fəlakətdir”

Deputat Jalə Əhmədova rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, deputat bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. “Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə də axışıb şəhərə gəlir. Burada fəhlə işində çalışıb aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün …

Read More »