“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır: “Bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün …
Read More »Milli Məclisdə QHT-lərlə bağlı ictimai dinləmə keçirilir
Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir. Boyukmillet.com xəbər verir ki, dinləmə qanunverici orqanın İctimai birliklər və dini qurumlar komitəsinin təşəbbüsü ilə baş tutur. Müzakirələrdə deputatlarla yanşı, ölkədə fəaliyyət göstərən bir sıra Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirlər.
Read More »Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ parlamentin noyabrın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçiriləcək növbəti iclasında 21 məsələnin müzakirəsi nəzərdə tutulub.
Read More »Bu həftə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək
Noyabrın 4-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək. Bu barədə parlamentdən məlumat verilib. Bildirilib ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.
Read More »Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək
Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanuna yeni – 36-1.2.5-ci bənd əlavə olunur. Yeni bəndə əsasən,uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Read More »Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil olub
Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil olub. Boyukmillet.com-un xəbərinə görə, layihə bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Müzakirələrdən sonra qanun layihəsinin I oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir.
Read More »Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Boyukmillet.com xəbər verir ki, layihə yaxın günlərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 …
Read More »MM-in sədr müavini: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında partiyaların təklifləri əsaslı rol oynayıb”
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib. “Son illərdə Azərbaycanda sistemli xarakter daşıyan islahatlar keçirilir. Cəmiyyətin bütün sahələrini əhatə edən bu dəyişikliklər ölkə başçısı İlham Əliyevin rəhbərliyi …
Read More »Milli Məclisdə deputatlarla AQC rəhbərliyi görüşüb – FOTOLAR
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş baş tutub. Azərbaycan Parlamentində baş tutan görüşdə komitənin sədri Tahir Mirkişili və deputatlar Əli Məsimli Mahir Abbaszadə, Aydın Hüseynov, Anar Məmmədov, Milli Məclisin İqtisadi qanunvericilik şöbə müdiri Məhəmməd Bazıqov, AQC-nin sədri Vüqar Oruc, sədr müavinləri, Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov, sədrin müşaviri …
Read More »Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib – SİYAHI
Milli Məclisin (MM) payız sessiyasının oktyabrın 21-də keçiriləcək plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib. 1. “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq …
Read More »