Cümə , 29 Mart 2024
Drone Cameras

Deputat: “Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür”

“Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

“Yeniyetmələr və gənclər əsasən vətənpərvərlik ruhunda inkişaf edirlər. Lakin təəssüf ki, idmançıların həbsi ilə bağlı faktlar var. İdmançılarımızı torpaqlarımızın və zəif şəxslərin müdafiəsi sahəsində görmək istəyirik və görürük. Neqativ halları biz də pisləyirik. Hesab edirəm ki, idman insanları sağlamlaşdırır, tərəqqini təbliğ eidr. Xırda neqativ hallar isə hər zaman pislənilir” – deputat əlavə edib.

Check Also

Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var

Milli Məclisin növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən …