Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VIII üçtərəfli iclası Tbilisidə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi Tbilisidə təqdim ediləcək.
Read More »MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib – SİYAHI
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib. Boyukmillet.com-un xəbərinə görə, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq: – “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; – “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; – “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; – “Ali təhsil haqqında” qanun …
Read More »Milli Məclisdə “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
Milli Məclisdə “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. İclasda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər. Sənəd barədə toplantı iştirakçılarına komitə sədri Tahir Mirkişili məlumat verir.
Read More »Sahibə Qafarova Estoniya parlamentinin spikeri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikoq) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin sədri Estoniya parlamentinin spikerini və nümayəndə heyətini salamlayaraq, onların ölkəmizə səfərlərindən məmnun olduğunu bildirib. Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri …
Read More »Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri Cıdır düzündə olublar
Azərbaycan, Türkiyə və Gürcüstandan olan parlamentarilər Şuşa şəhərinə səfərləri çərçivəsində Cıdır düzündə olublar. Boyukmillet.com xəbər verir ki, onlar Cıdır düzündən açılan mənzərəni seyr ediblər, xatirə şəkilləri çəkdiriblər.
Read More »Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri azad edilmiş ərazilərə səfər ediblər
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Boyukmillet.com xəbər verir ki, onlara əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə bağlı məlumat verilib. Sonra parlamentarilər üçtərəfli birgə iclasda iştirak etmək üçün Şuşa şəhərinə yola düşüblər. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin …
Read More »MM sədri: “Ermənistan sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır”
“Azərbaycan əraziləri ən çox minalanan ölkələrdən biridir. Ancaq bununla bağlı beynəlxalq təşkilatlardan ən az maliyyə yardımı alan ölkədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin (MM) sədri Sahibə Qafarova deyib Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifini qəbul etdiyini bəyan edib: “Ancaq bununla bağlı real addımlar atmır”.
Read More »Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda təsdiqlənib
Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda müəyyənləşir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edilib ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək …
Read More »Milli Məclis ailə başçısını itirməyə görə əmək pensiyasının artmasına dair layihəni qəbul edib
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq. Eyni zamanda pensiyaçı olan şəxs …
Read More »Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti İsveçrəyə səfər edəcək
Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, deputatlardan Aqiyə Naxçıvanlı, Vahid Əhmədov, Erkin Qədirli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər …
Read More »