Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Boyukmillet.com xəbər verir ki, bu Saziş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Deputatlar sazişi yüksək qiymətləndirib, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

Check Also

Prezidentin parlamentə qaytardığı qanun layihəsi qəbul olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov innovativ iqtisadiyyatın stimullaşdırılmasını və …