Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova aprel ayında Misirə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, S.Qafarovanın Qahirədə misirli həmkarı Hənəfi Əli Qebəli (Hanafy Ali Gebaly) və bir sıra rəsmi şəxslərlə görüşəcəyi planlaşdırılır.
Read More »Milli Məclis din xadimlərinin təyinatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə aydınlıq gətirib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, parlamentin ötən iclasında qanun layihəsinin ikinci oxunuşu zamanı layihədə təklif olunan dəyişikliklərlə əlaqədar deputatlar bir sıra …
Read More »Azərbaycan deputatları Ermənistana gedir
Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Read More »Hökumətin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub – EKSKLÜZİV
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub. Boyukmillet.com-un məlumatına görə, hökumətin hesabatının parlamentin martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Read More »Gələn həftə Milli Məclisin Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçiriləcək
Milli Məclisin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi iclası keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, toplantının fevralın 25-də baş tutması gözlənilir. İclasda Xocalı soyqırımının soyqırımı cinayəti kimi tanınması ilə bağlı xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara parlamentin müraciəti qəbul ediləcək.
Read More »Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq. Kənd təsərrüfatı sahəsinin Azərbaycan …
Read More »Sabah deputatlar BƏƏ-yə gedir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər. Milli Məclisin deputatları işgüzar səfər zamanı bir sıra görüşlər keçirəcək, iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar. …
Read More »Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə Milli Məclisə daxil olub
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub. Boyukmillet.com xəbər verir ki, sənəd yaxın günlərdə parlamentin müzakirəsinə təqdim ediləcək.
Read More »MM sədri: “Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq”
“Ermənistan işğal altında qalan torpaqlarımızı viran qoyub. Azərbaycan torpaqlarımızı işğaldan azad etdikdən sonra sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışarkən deyib. “Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. …
Read More »Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sazişi ratifikasiya edib
Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sazişi ratifikasiya edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »