Cümə , 31 Yanvar 2025

Milli Məclis

Deputat: “Yeni İnzibati Xətalar və Mülki məcəllələr qəbul olunmalıdır”

“İnzibati Xətalar və Mülki məcəllələrin yenidən işlənməsinə ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, “Müharibə veteranları haqqında” qanun da yenidən işlənməlidir: “Bizim Vətən müharibəsində iştirak edən qazilərimiz, veteranlarımız var. Onların hər birinin statusunun müəyyən edilməsi vacibdir”.

Read More »

Azərbaycan hərbçilərinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbulu təklif olunub

“Azərbaycan Respublikasına xarici hərbi qüvvələrin dəvət olunması, yaxud Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbul olunmasına ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu məsələlər ayrılıqda qanunvericilikdə tənzimlənməlidir.

Read More »

Sahibə Qafarova: “Yaz sessiyasında bizi gərgin iş gözləyir”

“Yaz sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada hökumətin hesabatı da dinləniləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Spiker qeyd edib ki, sessiya ərzində dövlət büdcəsinin icrası haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq: “O cümlədən bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulur”. O bildirib ki, yaz sessiyası dövründə …

Read More »

Milli Məclisin İntizam komissiyasının tərkibi formalaşdırılıb – SİYAHI

Milli Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiyasının aşağıdakı tərkibdə yaradılıb: Eldar İbrahimov Fəzail Ağamalı Nurlan Həsənov Həsənova Afət Məlahət İbrahimqızı Səttar Möhbalıyev Madər Musayev Nəsib Məhəmmədəliyev Hikmət Məmmədov Məşhur Məmmədov Nizami Səfərov Qeyd edək ki, komissiyanın tərkibində dəyişiklik edilməyib.

Read More »

Parlamentin Hesablayıcı komissiyasının tərkibi təsdiqlənib – SİYAHI

Azərbaycan Milli Məclisinin Hesablayıcı komissiyasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiya aşağıdakı tərkibdə yaradılıb: Eldar Quliyev Elnur Allahverdiyev Rauf Əliyev Emin Hacıyev Sevinc Hüseynova Sədaqət Vəliyeva Mixail Zabelin Qeyd edək ki, komissiyanın tərkibində dəyişiklik edilməyib.

Read More »

Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib

Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır: 1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri 2. Azərbaycan Respublikası …

Read More »

Bu gündən Milli Məclisin yaz sessiyası başlayır

Bu gündən – fevralın 1-dən Milli Məclisin 2022-ci il yaz sessiyası başlayır. Boyukmillet.com xəbər verir ki, qanunverici orqanın toplantıları mayın 31-dək davam edəcək. Parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi. 2. Milli Məclisin İntizam Komissiyasının yaradılması haqqında Milli Məclisin …

Read More »

Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin Gənclər və idman komitəsinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb. Sessiyada Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların …

Read More »

Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilmişdir. …

Read More »