Bazar ertəsi , 12 Yanvar 2026

Milli Məclis

Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyəcək

Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyəcək. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi bu gün parlamentin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Read More »

Milli Məclisdə qərbi azərbaycanlıların statusu ilə bağlı məsələnin müzakirəsi təklf olunub

Milli Məclisdə qərbi azərbaycanlıların statusu ilə bağlı qanun layihəsinin hazırlanması və müzakirəsi təklf olunub. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bu məsələnin həllini tapması çox vacibdir: “Hesab edirəm ki, məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsi də dinləmə keçirməlidir”.

Read More »

Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib

Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsində qeyd edilib: “Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının …

Read More »

“Silahlı Qüvvələr haqqında” qanuna dəyişiklik birinci oxunuşda təsdiqlənib

Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, dəyişikliklə qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif …

Read More »

Milli Məcisdə qərbi azərbaycanlılarla bağlı önəmli təklif

Milli Məclisin bu gün keçirilən plenar iclasında qərbi azərbaycanlıların statusu ilə bağlı qanun layihəsinin müzakirəsi təklif olunub. Əslən Qərbi Azərbaycandan, Vedibasardan olan deputat, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli belə bir mühüm təkliflə çıxış edib. Millət vəkili qərbi azərbaycanlıların öz yurd-yuvalarına qaytarılmasının həllini tapmasının vacib olduğunu söyləyib. “Qərbi azərbaycanlıların statusu, problemləri və öz torpaqlarına qaytarılması haqqında Milli Məclisin İnsan hüquqları …

Read More »

Deputat: “Yeni İnzibati Xətalar və Mülki məcəllələr qəbul olunmalıdır”

“İnzibati Xətalar və Mülki məcəllələrin yenidən işlənməsinə ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, “Müharibə veteranları haqqında” qanun da yenidən işlənməlidir: “Bizim Vətən müharibəsində iştirak edən qazilərimiz, veteranlarımız var. Onların hər birinin statusunun müəyyən edilməsi vacibdir”.

Read More »

Azərbaycan hərbçilərinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbulu təklif olunub

“Azərbaycan Respublikasına xarici hərbi qüvvələrin dəvət olunması, yaxud Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbul olunmasına ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu məsələlər ayrılıqda qanunvericilikdə tənzimlənməlidir.

Read More »

Sahibə Qafarova: “Yaz sessiyasında bizi gərgin iş gözləyir”

“Yaz sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada hökumətin hesabatı da dinləniləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Spiker qeyd edib ki, sessiya ərzində dövlət büdcəsinin icrası haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq: “O cümlədən bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulur”. O bildirib ki, yaz sessiyası dövründə …

Read More »

Milli Məclisin İntizam komissiyasının tərkibi formalaşdırılıb – SİYAHI

Milli Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiyasının aşağıdakı tərkibdə yaradılıb: Eldar İbrahimov Fəzail Ağamalı Nurlan Həsənov Həsənova Afət Məlahət İbrahimqızı Səttar Möhbalıyev Madər Musayev Nəsib Məhəmmədəliyev Hikmət Məmmədov Məşhur Məmmədov Nizami Səfərov Qeyd edək ki, komissiyanın tərkibində dəyişiklik edilməyib.

Read More »

Parlamentin Hesablayıcı komissiyasının tərkibi təsdiqlənib – SİYAHI

Azərbaycan Milli Məclisinin Hesablayıcı komissiyasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiya aşağıdakı tərkibdə yaradılıb: Eldar Quliyev Elnur Allahverdiyev Rauf Əliyev Emin Hacıyev Sevinc Hüseynova Sədaqət Vəliyeva Mixail Zabelin Qeyd edək ki, komissiyanın tərkibində dəyişiklik edilməyib.

Read More »