Parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı” müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatı deputat Nizami Səfərov təqdim edib. Deputatların səsverməsi ilə bəyanat qəbul olunub. Bəyanatda deyilir: “Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin …
Read More »Ali Baş Komandan İlham Əliyevin ali orden və rütbə ilə təltif edilməsi təklif olunub
“Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Ali Baş Komandan İlham Əliyev təltif edilməyib. Nəzərə alaq ki, Vətən müharibəsindəki qələbənin əldə edilməsində Prezident İlham Əliyevin xüsusi rolu var”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən iclasında deyib. O vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev ən ali orden və rütbə ilə təltif edilməlidir: “Xahiş edirəm ki, bu məsələ …
Read More »Azərbaycan qanunlarından “Dağlıq Qarabağ” ifadəsinin çıxarılması təklif edilir
“Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: …
Read More »Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər
“Üç gün bundan əvvəl Azərbaycanda Anım Günü keçirilib. Vətən uğrunda canlarından keçənlərə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. O, bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz təşəkkürünü …
Read More »Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb
Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə 15 məsələ daxildir. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı. 2. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. …
Read More »Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edəcək
Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ parlamentin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.
Read More »Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında. 2. Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə …
Read More »Milli Məclisin payız sessiyasının işlər planı açıqlanıb
Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki , sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur. Bunlar “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Turizm haqqında” …
Read More »Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçiriləcək
Yaxın zamanlarda Ankarada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib. O, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin olduğunu deyib: “Bizim hökumətlər səviyyəsində yaxşı əməkdaşlığımız var. Pandemiya səbəbindən parlamentlər səviyyəsində əlaqələr intensiv olmayıb”. N.Samxaradze qeyd edib ki, yaxın günlərdə …
Read More »Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxarır
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. O deyib ki, yeni qanun layihəsi ilə bağlı müvafiq dövlət orqanlarıyla razılaşma əldə olunub: “Sənəd parlamentin payız sessiyasında birinci oxunuşda müzakirəyə təqdim ediləcək”.
Read More »