Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti plenar iclasının fevralın 23-də keçirilməsi planlaşdırılır.
Read More »Parlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni təsdiqlədi
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri …
Read More »Parlamentin Hesablayıcı komissiyasına katib seçilib
Milli Məclisin Hesablayıcı komissiyasına yenidən katib seçilib. Boyukmillet.com xəbər verir ki , komissiyanın iclasında deputat Mixail Zabelin yenidən katib seçilib. Qeyd edək ki, komissiyanın sədri Eldar Quliyevdir
Read More »Milli Məclisə yeni şöbə müdiri təyin edilib – EKSKLÜZİV
Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri işdən çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlqar Fərzəliyev vəzifəsindən azad edilərək təqaüdə göndərilib. S.Qafarovanın digər əmri ilə isə Fərid Famil oğlu Hacıyev həmin şöbəyə müdir təyin edilib.
Read More »Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin olundu – FOTO
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Boyukmillet.com xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. (modern.az)
Read More »Sabir Rüstəmxanlı Tarif Şurasını parlamentə dəvət etdi
“Xaricdə yaşayan azərbaycanlıların sənəd alması çox vacibdir. Pasportlar haqqında əsasnamə 1994-cu ildə qəbul olunub. Əsasnamə əvvəlki qaydada qalıb. Halbuki indi pasportlar Miqrasiya Xidməti və DİN tərəfindən verilir. Xahiş edirəm bu məsələni gündəliyə salaq”. Boyukmillet.com xəbər verir ki, bunu parlametin iclasında deputat Sabir Rüstəmxanlı deyib. Sabir Rüstəmxanlı suyun qiymətinin qalxmasına da toxunub: “Hesab edirəm ki, əhalini narazı salan məsələləri aradan qaldırmalıyıq. …
Read More »Deputat: “Təcili olaraq Tarif Şurasını ləğv etməliyik”
“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir …
Read More »Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarova toplantını açıq elan edib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. İclasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. 2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında. 3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının …
Read More »Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlandı
Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda 2021-ci ilin yaz sessiyasının qanunvericilik planı haqqında məsələ, Milli Məclisin İntizam Komissiyasının yenidən təşkil edilməsi haqqında, “Məşğulluq haqqında” “Normativ hüquqi aktlar haqqında”, “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və.s qanunlara dəyişikliklər layihəsi müzakirə ediləcək.
Read More »