Milli Məclisin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında məlumat verib. Sədr bildirib ki, toplantının gündəliyi barədə məlumat veriləcək.
Read More »Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə …
Read More »Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib
Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında ı oxunuşda müzakirəyə çıxarılıb. Belə ki, Məcəllənin 16-1-ci fəsli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə …
Read More »Milli Məclis Rəqabət Məcəlləsini qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin …
Read More »Hərbçilərin pensiya təminatı ilə bağlı layihə ilk oxunuşdan keçib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihə hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur. Azərbaycan ərazisində fəaliyyət göstərən bir …
Read More »Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçiriləcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana …
Read More »Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib
“Regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatlar sülh sazişinin imzalanması ilə bağlı səylərə xələl gətirir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşündə səsləndirib. Azərbaycan parlamentinin spikeri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb. …
Read More »Milli Məclis dekabrın 5-də toplanır, gələn ilin dövlət büdcəsi III oxunuşda müzakirə olunacaq
Milli Məclisin növbəti plenar iclası dekabrın 5-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası …
Read More »Sahibə Qafarova: “Azərbaycan Ermənistanla sülhə hazırdır”
“Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyib. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib. Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən S.Qafarova, Azərbaycan …
Read More »Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasında rəsmi səfərdədir. Boyukmillet.com xəbər verir ki, Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar. Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli …
Read More »