Cümə , 5 Dekabr 2025

Qarabağ

Ermənilərin ərazilərimizdə basdırdıqları hərbi sursatlar, minalar aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə …

Read More »

Laçındakı su elektrik stansiyası yenidən qurulur

Erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin açıqlamasında bildirilir. “Bununla belə, “Azərenerji” Prezident İlham …

Read More »

Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb

Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə Tərtər Rayon Prokurorluğuna məlumat daxil olub. Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, aparımış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və …

Read More »

Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları 53 mina aşkarlandı

Bu ilin 09-12 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub. ANAMA-dan  verilən məlumata …

Read More »

Mixail Qorbaçovdan Qarabağla bağlı açıqlama

“Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistanın aparıcı rolu qalmaqla qalibsiz və məğlubsuz hər iki tərəfin maraqları nəzərə alınmaqla həll edilməlidir”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov Qarabağla bağlı danışıqları dəyərləndirərkən bildirib. “Qarabağ məsələsinə gəlincə, çox ağır, köhnə, kökləri keçmişə gedib çıxan məsələdir. Biz münaqişə sərtləşəndə hər iki respublikaya yardım etməyə cəhd etdik. Bunun nəticəsi olaraq …

Read More »

Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib. Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb. Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Read More »

Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə daha bir erməni vandalizminin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu dəfə onların işğaldan azad olunmuş Cəbrayıl rayonunda qəbirləri dağıtdıqları məlum olub. Tanınmış jurnalist, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev “Report”a açıqlamasında qeyd edib ki, Cəbrayılın Nüzgar kəndində doğmalarının məzarları dağıdılıb: “Erməni vəhşiliyi nəticəsində əmim, babam və digər doğmalarımın qəbirləri dağıdılıb. Əmim …

Read More »

Bu gün Azərbaycan, Rusiya və Ermənistan Qarabağ üzrə danışıqlar aparacaq

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun …

Read More »

Rusiya prezidenti İlham Əliyev və Paşinyanla görüş öncəsi müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib. Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr …

Read More »

Türkiyə hərbçilərinin Qarabağda minatəmizləmə əməliyyatı davam edir

Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalından azad etdiyi əraziləri minalardan təmizləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində yer alıb. Qeyd edək ki, Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün …

Read More »