Şənbə , 4 May 2024

Qarabağ

Prezident: “Köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq”

Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi öz əllərimizlə yaradırıq. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. Növbəti dövr üçün nəzərdə tutulmuş hədəflərin də təmin ediləcəyinə əmin olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də …

Read More »

Cəlilabadda şəhidlər anılıb

Cəlilabad rayonunda Vətən müharibəsindən şəhid olan hərbçilər anılıb. Boyukmillet.com xəbər verir ki, rayonun Hacıcavad kəndində gizir İbrahimli Elməddin Zeynəddin oğlunun, Üçtəpə kəndində Cəfərov Ayxan Camaləddin oğlunun, Qarakazımlı kəndində Abdullayev Tosif Vidadi oğlunun və Tahirli kəndində Quliyev Tərlan Bəxtiyar oğlunun anım mərasimləri keçirilib. Şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib. Qeyd edək ki, gizir İbrahimli …

Read More »

Prezident İlham Əliyev: “Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi”

Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qələbəmizi şərtləndirən amillərdən danışarkən bildirib. “Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, …

Read More »

AZAL: “Füzuli Hava Limanı artıq beynəlxalq uçuşlar üçün açıqdır”

Füzuli Hava Limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb. Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib. Bundan …

Read More »

Füzuli Hava Limanına beynəlxalq status verilib

Füzuli Hava Limanına beynəlxalq status verilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib. Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib. …

Read More »

Prezidentin köməkçisi: “Əcnəbi diplomatlar Qarabağdakı quruculuq işlərini əyani görürlər”

“Bu dəfə Qarabağa səfər edən diplomatik korpus nümayəndələri Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda görülən quruculuq işləri ilə yerində əyani tanış olurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. “Əvvəllər Qarabağa səfər edən qonaqlara Ermənistan tərəfindən törədilmiş dağıntıları göstərilirdisə, indi bu, dəyişir, məqsədimiz ərazilərimizdə görülən quruculuq işlərini göstərməkdir”, – …

Read More »

Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb

Diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutacaq səfərdə Suqovuşan və Talış kəndləri ilə tanışlıq nəzərdə tutulur.

Read More »

Vətən müharibəsi şəhidi Xaçmazda anılıb

Vətən müharibəsi şəhidi Ehtiram Şahin oğlu Heydərovun xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Xaçmazın Uzunoba kəndində anım mərasimi keçirilib və onun əziz xatirəsi yad edilib. Tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Qeyd edək ki, 2000-ci ildə Xaçmaz rayonu Uzunoba kəndində anadan olub. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət …

Read More »

Cəlilabadda Vətən müharibəsi şəhidinin doğum günü keçirilib

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin doğum günü mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, anım mərasimi şəhidin ata ocağında, rayonun Alar kəndində baş tutub. Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və sakinlər iştirak edib. Qeyd edək ki, Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. H.Əliyev adına 1 nömrəli tam orta məktəbi bitirən …

Read More »

Azərbaycan MN: “Qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribata cəhd olunub”

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər. “Bildiririk ki, mülki tibbi yardım maşınından …

Read More »